Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Qadının çantasını soyğunçuluq yolu ilə alan şəxslər saxlanılıb
5ae95ae3f0d0f_canta_ogrusu_01

Yasamal rayonu Şərifzadə küçəsi 69 ünvanında paytaxt sakini olan bir qadına qarşı soyğunçuluq edilib. Naməlum şəxslər xanıma yaxınlaşıb ona zor tətbiq etməklə əlindən içərisində 450 manat olan çantasını alıblar.

Bizimyol.info xəbər verir ki, DİN-ni mətbuat xidmətindən verilən məlumata görə, zərərçəkən şəxs Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Şöbəsinə şikayət edərək cinayəti törədənlərin tapılaraq məsuliyyətinə cəlb olunmasını xahiş edib. Bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakinləri əvvəllər məhkum olunmuş Ramil İsmayılov və Bəxtiyar Hacıyev tutularaq istintaqa təqdim olunublar. Saxlanılan şəxslər ifadələrində hadisə günü zərərçəkəni metronun “20 Yanvar” stansiyasının yaxınlığında bankomatlardan birindən pul çıxararkən gördüklərini və bundan sonra onu izləyərək qeyd edilən cinayəti törətdiklərini bildiriblər.

Qeyd olunan faktlarla bağlı Yasamal Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir. Hazırda dəstə üzvlərinin digər analoji cinayətlərdə iştiraklarının olub-olmaması istintaq yolu ilə araşdırlır.

Paylaş »
››› Ermənistan döyüşdəki itkilərini açıqlamağa başlayıb
››› Ramaldanov: “Bizim generallarımız kabinet generalı deyillər”
››› Ölkə üzrə koronavirusa yoluxma faizi açıqlanıb
››› Şəhid generalımız haqda: “Ölümdən qorxmadan briqadaya kimi sürmüşdü erməni traktorunu”
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »