Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Arvadını öldürənin məhkəməsi başladı

Bakıda arvadını qısqanclıq zəminində öldürməkdə təqsirli bilinən 1971-ci il təvəllüdlü Emin Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı iyunun 11-nə təyin olunub.

İttihama görə, hadisə ötən ilin iyunun 20-də Xəzər rayonunu Buzovna qəsəbəsində qeydə alınıb.

1977-ci il təvəllüdlü Nurəngiz Hüseynova yaşadığı evdə həyat yoldaşı Emin Hüseynov tərəfindən bıçaqlanıb.

Çoxsaylı bıçaq zərbələri alan Nurəngiz Hüseynova 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq o, bir gün sonra dünyasını dəyişib.

Məlum olub ki, baş verən qanlı olaydan əvvəl ər və arvad arasında qısqanclıq zəminində mübahisə yaranıb.

Emin Hüseynov hadisəni qısqanclıq zəminində törətdiyini, həyat yoldaşının ona hörmət göstərmədiyini deyib.

Onların birgə nikahlarından 2 övladı var.

İstintaq orqanı tərəfindən Emin Hüseynovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddələri ilə ittiham elan edilib.

Son xəbərlər
Bütün xəbərlər »