Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Almaniya sərhədlərini açır

İyunun 15-dən Almaniya Avropa İttifaqı ölkələri, şengen zonası və Böyük Britaniya ilə səfər məhdudiyyətlərini ləğv edəcək.

Bizimyol.info-nun məlumatına görə, Almaniyanın Xarici İşlər naziri Hayko Maas bildirib ki, Almaniyada və başqa yerlərdə turizmə görə xəstəliyin ikinci dalğasının yayılmasına yol verməli deyilik. Söhbət hər kəsin şəxsi məsuliyyətindən gedir. COVID-19-un yüksək yayılması baş verərsə, səyahət məhdudiyyətləri geri qaytarıla bilər

Nazirin sözlərinə görə, qərar Avropa tərəfdaşları ilə intensiv müzakirə edilib. O qeyd edib ki, Aİ bir çox yerlərdə koronavirusun yayılmasına nəzarəti ələ ala bilib. Bu müsbət inkişaf Almaniya hökumətinin qərarına təsir edib.

“Ölkəyə gələnlərin hamısına tətbiq edilən 14 günlük karantin ləğv olunana qədər Almaniya XİN Britaniyaya səfərləri tövsiyə etmək niyyətində deyil.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »