Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezident Tərtər rayonunda bir sira mühüm obyeklərin açılışına qatılıb

Prezidenti İlham Əliyev iyunun 3-də Tərtər rayonuna səfər edib. Dövlət başçısı rayonunda bir sira mühüm obyeklərin açılışında iştirak edib.

Bizimyol.info xəbər verir ki, Tərtər rayonunda Buruc-Gülabatlı-Xoruzlu-Kəbirli-Bayandurlu-Qaradağlı avtomobil yolu yenidənqurmadan sonra istifadəyə verilib.

Prezident İlham Əliyev yolun açılışında iştirak edib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədov dövlət başçısına yolun texniki göstəriciləri barədə məlumat verdi.

Prezident Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında da iştirak edib. İlham Əliyevə muzeydə nümayiş etdirilən eksponatlar barədə məlumat verilib.

Prezident bu gün həm də 110/35/6 kilovoltluq “Tərtər” elektrik yarımstansiyası yenidənqurmadan sonra istifadəyə verilməsi tədbirində iştirak edib.

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Vüqar Əhmədov dövlət başçısına elektrik yarımstansiyasının fəaliyyəti barədə məlumat verdi.

Prezident İlham Əliyev yarımstansiyanı işə saldı.

Son xəbərlər
Bütün xəbərlər »