Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mingəçevirdə silsilə oğurluq edən şəxs saxlanılıb

Mingəçevirdə oğurluğa görə saxlanılan şəxsin evindən narkotik maddə aşkarlanıb.

Bizimyol.info xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, Mingəçevir Şəhər Polis Şöbəsinə daxil olmuş müraciətlər əsasında polis əməkdaşları tərəfindən keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində ayrı-ayrı şəxslərə məxsus “VAZ-21011” və “VAZ- 2102” markalı avtomobilləri qaçırmaqda, bir avtomobildən noutbuk, təmir alətləri çantası və 6 nəfərə məxsus həyətyanı sahədən velosiped oğurlamaqda şübhəli bilinən Mingəçevir şəhər sakini, əvvəllər də oğurluq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum olunmuş Elmin Rüstəmov saxlanılıb. Onun yaşadığı evə baxış keçirilən zaman narkotik vasitə olan heroin aşkar edilib.

Araşdırma zamanı məlum olub ki, E.Rüstəmov oğurladığı velosipedlərin bir neçəsini satıb, noutbuk və bir neçə velosiped maddi sübut kimi götürülüb. Qaçırdığı avtomobillər isə yaşadığı evin yaxınlığında aşkar edilib.

Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində E.Rüstəmov barəsində cinayət işi başlanılıb, onun digər cinayət əməllərində iştirakının olub-olmaması araşdırılır.

Son xəbərlər
Bütün xəbərlər »