Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Basdırılan adam qəbirdən çıxıb polisə getdi

Hindistanın Qondal şəhərində diri- diri basdırılan Kapil Marakana məzarından çıxmağı bacarıb.

Bizimyol.info The Times of India-ya istinadən xəbər verir ki, Kapil Marakananı işlədiyi şirkətin rəhbəri öz adamlarına döydürdükdən sonra diri- diri basdırmağı əmr edib. Şirkət sahibi Marakananı firmaya maliyyə zərbəsi vurmaqda ittiham edib.

Döyülmüş əməkdaşın əl-ayağını bağlayaraq qəbirə basdırablar. Kapil bildirib ki, özünə gəldikdən sonra öncə ayağını aça bilib, daha sonra ayaqları ilə torpağı qazaraq məzardan çıxıb. Məzardan çıxan hindlinin ilk işi yaxınlıqda yerləşən həbsxananın polislərinə müraciət etmək olub. Hadisəni törədən şəxslərin saxlanıldığı bildirilir.

Maraqlıdır, maliyyə fırıldağı və işlədiyi şirkətə vurduğu maddi ziyana görə saxlanılan hər şəxs diri- diri torpağa basdırılsaydı, Azərbaycanda vəziyyət necə olardı?

İlhamə Rəsulova

Paylaş »
››› Kaledoniya müstəqilliyini elan etdi: Fransanın əməlləri öz başında çatlayır
››› 18 yaşlı qazimiz: Bağırsaqlarımı əlimlə yığıb beli üstə öz əsgərlərimizə tərəf süründüm
››› Vətən mahnısı ilə tanınan şəhid Xudayar Yusifzadə: “Şəhid olmağa gedirəm” - Video
››› Paşinyanın arvadının saç ustası ondan qızıllarını tələb edir
››› Ermənilər Laçının 47 kəndini boşaldıb
Son xəbərlər
Bütün xəbərlər »