Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda xanım sənətçinin mənzilini "mühasirəyə aldılar" — VİDEO
"Ölkə.Az"-a danışan sənətçi bildirib ki, on il öncə Binəqədi rayonu 7-ci mikrorayon ərazisində "Kür-Araz MTK"-ya məxsus binadan mənzil alıb. Bir müddət öncə isə həmin binanın girişində sakinlərin giriş-çıxışına mane olan və öncədən nəzərdə tutulmayan əlavə tikintilər aparılmağa başlayıb:

"Bu mənzili on ildir almışam. Binanın alaqapısı geniş idi, indi orada tikintiyə başlayıblar. Artıq bununla bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət etmişəm. Həmçinin ərazinin sahə müvəkkili barədə də şikayətim var. Çünki onun da fəaliyyətindən narazıyıq. Özgə vaxt binanın üstündə çanaq antena quraşdıranda əlli yerdən gəlib irad bildirirlər ki, olmaz. Bəs bu qanunsuz tikintini niyə görmürlər? Bu, mənim mənzilimin qiymətini də aşağı salır. Sabah ünvanımı dəyişmək istəsəm, məcburən evimi daha ucuz qiymətə satmalıyam".

A.Fərmanqızı bildirib ki, tikinti şirkətinin belə addım atacağını öncədən bilsəydi mənzili almayacaqmış:

"Əgər əvvəldən binanın girişində əlavə tikintilər aparıldığını görsəydim, almazdım. On ildən sonra burada "budka" tikib, oranı gözəllik salonu etmək bizə hörmətsizlikdir. Bunu binanın sakinlərinə bildirməmək isə ikiqat hörmətsizlikdir. Evə girib çıxmaq olmur. Elə bil ki, binanın giriş qapısını içəridən və çöldən mühasirəyə alıblar"

Mövzunu diqqətdə saxlayacağıq.

Son xəbərlər
Bütün xəbərlər »