Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Corc Floydun ailəsi baş verənlərə münasibət bildirdi

ABŞ-ın Minneapolis şəhərində polislər tərəfindən öldürülən Corc Floydun xanımı Roksi Vaşiqnton The Mirror qəzetinə açıqlama verib.

Bizimyol.info-nun məlumatına görə, Corc Floydun xanımı onun adından danışaraq ərini öldürənlərin cəzalanmasını tələb etsə də, iğtişaşların keçirilməsinə münasibət bildirməyib.

O, 6 yaşlı Ciannanın anası olduğunu bildirib: “Floyd Ciannanın necə böyüyəcəyini, məktəbi bitirdiyini görməyəcək. O qızını çox sevirdi. Corc işləmək üçün Hyustondan Minneopolisə gəlmişdi, lakin məsafələrə baxmayaraq, ailəsinin qayğısına qalırdı. Yaxşı insan idi. Mən Floydun ölümündə günahkar olan 4 polis işçisinin məsuliyyətə cəlb olunmasını tələb edirəm. Mən Corcun adından danışıram və ədalət tələb edirəm”.

Xatırladaq ki, Corc Floydun ölümündən sonra ABŞ-da iğtişaşlar davam edir.

Dizini Floydun boğazına dirəyən polis əməkdaşı Derek Şovin artıq həbs edilib, qalanları isə işdən çıxarılıb. Amma Floydun ailəsi hadisədə iştirak etmiş bütün polis əməkdaşlarının həbs olunmasını tələb edir.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »