Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tokayev: Qazaxıstan Rusiya ittifaqına girmək istəmir

Qazaxıstan Avrasiya İqtisadi İttifaqının güclənməsində maraqlıdır və gələcəkdə bu ittifaqın inteqrasiyasına prioritet məsələ kimi baxır.

Bizimyol.info-nun məlumatına görə, bu fikirləri ölkə prezidenti Jomart Tokayev səsləndirib.

O bildirib ki, Qazaxıstan Rusiya və Belarusla ilə ikitərəfli formatda aktiv şəkildə əməkdaşlıq edir. Onun ölkəsi Avrasiya İqtisadi İttifaqı, MDB, KTMT təşkilatları çərçivəsində də əməkdaşlığı qoruyub saxlayır.

Dövlət başçısının sözlərinə görə,Qazaxıstan Rusiya və Belarusun ittifaqına qoşulmaq niyyətində deyil. O ölkənin prioritet istiqaməti olaraq sadəcə bu təşkilatların daha da gücləndirilməsini qeyd edib. Tokayev bu barədə “Komsomolskaya pravda” qəzetinə müsahibə zamanı danışıb.

O bildirib ki, Rusiya Qazaxıstan üçün ən yaxın və dost ölkə olaraq qalmaqdadır.”Birgə işçi qüvvəsi, investisiyaların təşfiqi, birgə bazar Avrasiya İqtisadi İttifaqını qlobal miqyasılı etibarlı qüvvəyə çevirə bilər. Qazaxıstan bundan artığını istəmir”.

Qeyd edək ki, bir müddət öncə mediada Putinin keçmiş Sovet İttifaqını Rusiyanın rəhbərliyi altında yenidən bərpa etmək istəməsi barədə iddialar səslənmişdi.Tokayev də bu iddialara cavab olaraq yuxarıdakı fikirləri səsləndirib.

İlhamə Rəsulova

Paylaş »
››› Erməni komandir bizim zabitə: “Bu torpaq sizindir, necə desəniz, elə edəcəyik” - Video
››› Naxçıvanda şəhid atası oğlunun tabutu önündə qurban kəsib - Video
››› Paşinyan etimad referendumu keçirmək istəyir
››› Türk hərbçiləri Ağdamda yerləşəcək - Rusiya mətbuatı
››› İqbal Ağazadə: “Elə bilirik, bayrağı vurub qoltuğumuza gedib Xankəndinə sancmaqla hər şey bitəcək”
Son xəbərlər
Bütün xəbərlər »