Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Günəşdə baş verən partlayışın nəticələri haqda alimin rəyi
palas

Mayın 29-da Günəşdə baş verən partlayış insanların həyatına nəzərəçarpacaq dərəcədə təsir göstərə bilməz. Eyni zamanda, bu, daha güclü partlayışların ola biləcəyindən xəbər verir.

“İzvestiya” xəbər verir ki, bunu Pulkovo Rəsədxanasının baş elmi işçisi, fizika-riyaziyyat elmləri doktoru Georgi Qonçarov deyib.

Onun sözlərinə görə, Günəşin dövretməsi 11 ​​il davam edir, əvvəlki maksimal Günəş aktivliyi 2014-cü ildə qeydə alınıb:

“Yeni Günəş dövrü başlayır. Günəş fəaliyyətinin pik həddinə hələ çox var, bu, 2025-ci ildə gözlənilir”.

O əlavə edib ki, son vaxtlar nəzərəçarpan Günəş partlayışları müşahidə olunmur.

Son Günəş partlayışının 2017-ci ilin oktyabrında baş verdiyi bildirilir. “M” (orta) ölçülü partlayış “Solar Dynamics Observatory” tərəfindən qeydə alınıb.(oxu.az)

Paylaş »
››› İcra başçısının işdən çıxarılmasına səbəb... - Video
››› Rusiyalı baş infeksionist: "Azərbaycan bizim səhvimizi təkrarladı"
››› Nazirlik 190 manata qarpız alaraq parçalayan şəxsin əməllərinə münasibət bildirib
››› Elman Rüstəmovla bağlı qalmaqal böyüyür
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »