Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əfqanıstanda partlayış törədilib, ölən və yaralananlar var

Əfqanıstanın paytaxtı Kabildə güclü partlayış törədilib.

"Report" xəbər verir ki, bu barədə “Tolonews” telekanalı bildirib.

Telekanalın məlumatına görə, partlayış şəhərin şimalındakı məscidlərdən birində olub. Partlayıcı qurğunu kamikadze işə salıb. Hadisə nəticəsində məscidin imamı həlak olub, daha üç nəfər yaralanıb. Yaralıların hamısı xəstəxanalara çatdırılıb.

Ölkənin Daxili İşlər Nazirliyi ölən və xəsarət alanlar barədə informasiyanı təsdiqləyib. Əfqanhökumətihücumuqətiyyətlə pisləyib.

Son xəbərlər
Bütün xəbərlər »