Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qonşu ölkədə yoqurt formasında vaksin hazırlayırlar

Koronavirusun yayılma sürəti hələ də azalmayıb. Ölkələr yavaş-yavaş normal həyata qayıtmağa çalışsa da, pandemiya ilə mübarizə yaddan çıxmayıb. Elm adamları infeksiyaya qarşı müalicə peyvəndləri üçün preparat tapmağa çalışırlar.

Bizimyol.info xəbər verir ki, Rusiya da vaksinin hazırlanması üçün az cəhd göstərmir. Qonşu ölkədə bu il peyvənd preparatını ərsəyə gətirə biləcəklərinə inanırlar. Böyük ehtimalla vaksin yoqurt formasında olacaq. Rusiya Elmlər Akademiyasının vitse-prezidenti Vladimir Çexoninin sözlərinə görə, preparatın sınaq prosesi gedir.

Ruslar vaksinin orqanizmə aerozol şəklində daxil olmasının tərəfdarıdır. Yəni preparat ağızla qəbul edilməlidir, inyeksiya formatında yox. Bu halda antigenlər mikrokapsullarda yer alacaq.

Son xəbərlər
Bütün xəbərlər »