Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakı Metropolitenindən metroda baş verən hadisəyə münasibət - Video

Xəbər verildiyi kimi bu gün sosial şəbəkədə “Bakı Metropoliteni” QSC-nin metro qatarlarından birinin vaqonunda polis əməkdaşları ilə bir neçə vətəndaş arasında mübahisə yarandığını əks etdirən videogörüntü paylaşılıb.

Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Bizimyol.info-ya açıqlama verib.

Bəxtiyar Məmmədov_(jurnalist) Bəxtiyar Məmmədov

“Mübahisə nəticəsində qatar stansiyanı gec tərk edib. Təqdim etdiyiniz videoda da aydın görünür ki, qatarda yubanma olub. Ümumən, qatarların hərəkət qrafikinə əsaslı təsiri olmayıb. İki qatar arasında yaranmış interval fərqi qısa müddətdə aradan qaldırılıb”,-deyə B.Məmmədov bildirib.

DİN-dən verilən məlumata görə, xüsusi karantin rejimi ilə əlaqədar xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşları insanların sağlamlığını və təhlükəsizliyini qorumaq məqsədi ilə onlardan mütləq qaydada tibbi maskalardan istifadə etməyi və sosial məsafə saxlamağı tələb edirlər.

Metro qatarında tibbi maskadan istifadə etməyən bir neçə sənişindən də bu qaydalara riayət olunması tələb edildikdə onlar polisin qanuni tələbinə qəsdən tabe olmayaraq mübahisəli vəziyyət yaratmışlar.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »