Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Neft bazarı özünə gəlir

Dünya neft bazarında sabitləşməyə doğru kiçik addımlar atılır. Qiymətlərdə artım müşahidə olunur.

Bizimyol.info xəbər verir ki, bu gün “Brent”in qiyməti 39 həddini aşıb. WTI-nin bareli 35 dollardan baha təklif olunur. Böyük ehtimalla sabah səhər Türkiyə, İtaliya limanlarında “Azeri Light”ın bareli 39-40 civarında qiymətləndiriləcək.

Neft bazarı özünə gəlməyə başlayır. Səbəbi mayın 12-də rəsmiləşən OPEK+ razılaşmasına əməl olunmasıdır. İstehsalçı ölkələrin hasilatın azaldılması şərtlərini yerinə yetirməsi bazara da təsirsiz ötüşmür. Xüsusilə Səudiyyə Ərəbistanının hasilatı azaltmaq istiqamətində planları qiymətlərdə əksini tapır.

İyunun 4-də OPEK+ üzvlərinin növbəti toplantısı olacaq. Burada hasilatın azaldılması məsələsi bir daha müzakirəyə çıxarılacaq. İyunun sonunda bitməli olan razılaşmanın təxminən avqusta qədər uzadılması gözlənilir.

Son xəbərlər
Bütün xəbərlər »