Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazirlikdən barəsində cinayət işi açılan eks-direktorla bağlı açıqlama

Təhsil Nazirliyi barəsində cinayət işi açılan keçmiş məktəb direktoru haqda məlumat yayıb.

Hələ 2016-cı ildə Təhsil Nazirliyinin daxili nəzarət şöbəsi tərəfindən aparılmış araşdırma nəticəsində Bakı şəhəri, Sabunçu rayonu, F. Bayramov adına 22 saylı tam orta məktəbin direktoru vəzifəsini icra edən Səfərov Cavad Abdulla oğlunun əmək müqaviləsinə öhdəliklərini yerinə yetirmədiyinə, məktəbəhazırlıq qruplarının təşkili qaydalarının kobud surətdə pozduğuna, digər əməlləri ilə dövlətin qanuni mənafelərinə xələl gətirdiyinə görə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilib (BŞTİ 11/1025, 25 noyabr 2016-cı il tarixli əmr):

“Bununla da direktor vəzifələrini icra edən şəxsin müxtəlif xarakterli qanunsuz əməllərinin 4 il bundan öncə daxili araşdırma nəticəsində ifşa edilərək müvafiq materialların hüquq-mühafizə orqanlarına təqdim edilməsi təmin edilib.

Təhsil Nazirliyi tərəfindən dövlətin bu sahədə həyata keçirdiyi mütərəqqi siyasətə kölgə sala biləcək qanunsuz hərəkətlərə qarşı ən ciddi mübarizə tədbirlərin aparılması aidiyyəti dövlət qurumları ilə birlikdə davam etdirilir”.

Xatırladaq ki, Cavad Səfərovun məktəbə işə düzəlmək üçün ondan rüşvət alması barədə vətəndaş Ruxsarə Babayevanın müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırılmış, araşdırma nəticəsində faktla bağlı Cinayət Məcəlləsinin 311.3.3-cü maddəsi ilə cinayət işi başlanıb. (Qafqazinfo.az)

Paylaş »
››› Kişiyə hamilə diaqnozu qoyulması ilə bağlı TƏBİB-dən rəsmi açıqlama
››› Qərb mətbuatı: “Türk dronlarının qarşısını rus müdafiə sistemləri ala bilmir”
››› Zatulin ermənilərə Qarabağın statusunu unutmağı tövsiyə etdi
››› İtkin düşmüş erməni əsgərlərin yaxınları Putindən imdad diləyir
››› AKP sözçüsü: "Türkiyə ordusu Qarabağda sülhün qorunması missiyasında önəmli rol oynayacaq"
Son xəbərlər
Bütün xəbərlər »