Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sumqayıtda qonşusu tərəfindən döyülən gənc 4 ay sonra dünyasını dəyişib

Bakı Ağır Cinayətlər Məhkəməsində qonşusunu döyərək ölümünə səbəb olmaqda təqsirli bilinən Natiq Quliyevin cinayət işi üzrə hazırlıq iclası keçirilib.

"Ölkə.az" xəbər verir ki, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxış iclası iyun ayının 8-nə təyin olunub.

Qeyd edək ki, hadisə Sumqayıt şəhəri "Tuqzavod" adlanan ərazidə baş verib.

Orada yaşayan Quliyev Natiq Əliyusif oğlu qonşuluqda yerləşən fermadakı tikilidə yaşayan Bağırov Akif Səfər oğlunu xüsusi amansızlıqla döyüb.

A.Bağırov müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Bir müddət müalicədən sonra evə buraxılan A.Bağırov yaşadığı fermadakı tikilidə dünyasını dəyişib.

Saxlanılan Natiq Quliyevə qarşı cinayət məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsilə ittiham elan olunub.

Son xəbərlər
Bütün xəbərlər »