Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yol hərəkətinin təhlükəsizliyi ilə bağlı təbliğat-təşviqata dair Tədbirlər Planı təsdiqlənib

Nazirlər Kabineti “Yol hərəkətinin təhlükəsizliyi sahəsində təbliğat-təşviqat işinin təşkili ilə bağlı 2020-2023-cü illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi barədə sərəncam verib.

APA-nın məlumatına görə, sərəncamla Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrasının əlaqələndirilməsi Daxili İşlər Nazirliyinə həvalə edilib.

Sərəncama əsasən, Tədbirlər Planında nəzərdə tutulan tədbirlərin müəyyən edilmiş müddətlərdə icrasının təmin edilməsi üçün aidiyyəti qurumlar fəaliyyət istiqamətlərinə uyğun olaraq tədbirlər həyata keçirsinlər və görülmüş işlər barədə yarımillik və illik məlumatları hesabat dövrü başa çatdıqdan sonrakı 10 iş günü ərzində Daxili İşlər Nazirliyinə təqdim etməlidirlər. Daxili İşlər Nazirliyi Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti barədə aidiyyəti qurumlardan daxil olmuş məlumatları ümumiləşdirərək, ildə 2 (iki) dəfə hesabat dövrü başa çatdıqdan sonrakı 1 ay ərzində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidir.

Son xəbərlər
Bütün xəbərlər »