Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazirlik: Kolleclərə sənəd verməyən şagirdlər iyunda keçiriləcək buraxılış imtahanında iştirak etməyə bilər

"Kolleclərə sənəd verməyən şəxslər iyunda keçiriləcək buraxılış imtahanında iştirak etməyə bilərlər".

APA-nın məlumatına görə, bunu Təhsil Nazirliyinin şöbə müdirinin müavini, sektor müdiri Orxan Abbasov bildirib.

Onun sözlərinə görə, həmin şagirdlər sentyabrda keçiriləcək buraxılış imtahanında imtahan verə bilərlər: "Orta təhsil səviyyəsini bitirən IX sinif şagirdləri ilə bağlı bir istisna var. Şagird orta ixtisas təhsili müəssisəsinə sənəd vermək istəmirsə və hazırda oxuduğu məktəbdən kənardadırsa, məsələn, Gəncədə oxuyur, pandemiya dövründə yaşadığı Şəkiyə qayıdıbsa, bunun üçün həmin şagirdlər üçün DİM sentyabrda təkrar buraxılış imtahanı təşkil edəcək. İnsanlar bir araya nə qədər az gəlsələr, virusun yayılma riski aşağı düşür. Ona görə də DİM şagirdlərə şans verir ki, kolleclərə sənəd verməyən şəxslər sentyabrda buraxılış imtahanı versin".

Son xəbərlər
Bütün xəbərlər »