Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Koronavirusla mübarizədə ev şəraitində karantin daha effektlidir” - Həkim

“Ev şəraitində izolyasiya və karantin tədbirlərinin evdən kənar analoji tədbirlərlə müqayisəsində aydın olur ki, ev şəraitində karantin daha effektlidir”.

Bunu Bizimyol.info-ya Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev bildirib.

Nuran Abdullayev Nuran Abdullayev

Həkimin sözlərinə görə, koronavirusla (COVID-19) mübarizənin ikinci mərhələsi başlayıb: “Bir çox inkişaf etmiş ölkələrin yeni mübarizə strategiyasının əsasını təşkil edəcək tutarlı elmi araşdırmalar artıq elmi ədəbiyyata daxil olub. Burada ilk məqsəd daşıyıcılar arasında yüksək yoluxduruculuğa malik təxminən 20 faizi insanı tapmaq olacaq. Elmi olaraq sübut edilir ki, məhz bu kütlə qalan 80 faizi yoluxdurur: “Bunun üçün fərqli strategiyalar təklif olunur. Hələlik tam uyğun olanı izolyasiya və karantin şərtlərinə müvafiq dəyişikliklər edilərək aparılan mübarizə taktikasıdır. Burada diqqət verilməli məqam bu xəstənin hər hansı bir insan qrupları olan yerlərdə iştirakı olmalıdır. Çünki orada güclü yoluxduruculuq effekti ilə virusun yayılma təhlükəsi var və əgər bu qruplarda iştirak öz təsdiqini taparsa, həmin qruplarda olan insanların hamısı və hətta xəstəliyin əlamətləri olmasa belə təcili izolyasiya olunub, karantinə alınmalıdırlar.

Azərbaycanda bu metodun tətbiqinə başlanılsa, Avropa təcrübəsi mütləq nəzərə alınmalıdır - ev şəraitində izolyasiya və karantin tədbirləri. Ev şəraitində izolyasiya və karantin tədbirlərinin evdən kənar analoji tədbirlərlə müqayisəsində aydın olur ki, ev şəraitində karantin daha effektlidir. Karantin şərtlərini pozub evdən çıxan şəxslərə çox böyük miqdarda pul cəzası ilə yanaşı, bəzi hallarda hətta sağlamlığa zərər vurma maddəsi ilə cinayət işinin açılması tətbiq edilə bilər”.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »