Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əli Məsimli: "Neft Fondundan büdcəyə daxil olan vəsaitləri kənd təsərrüfatı gəlirləri ilə əvəzləmək olar"

“İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi və Statistika Komitəsinin işi aprel, may və iyun aylarının da proqnozlaşdırılmasına kömək edəcək”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Əli Məsimli deyib.

O bildirib ki, neftin qiymətini proqnozlaşdıran zaman adətən xarici şokları nəzərə almaqda çətinlik çəkilir: “2020-ci ilin ikinci yarısı üçün proqnozların yeniləşdirilməsi növbəti 2021-ci ilin büdcəsinin formalaşdırılmasına təkan verəcək. Dünya yeni bir böhrana doğru gedir. Ona görə də neftdən Azərbaycana 15-20 mlrd. dollar vəsait daxil olurdusa, indiki qiymətlərlə bizə neftdən daxil olan gəlirlər 5 mlrd. dollardan bir az artıq olacaq. Büdcə iqtisadiyyatın güzgüsüdür. Postpandemiya dövrü tələb edir ki, biz əlavə vəsaitlər tapmaqla neftdən Neft Fonduna gələn gəlirləri başqa istiqamətdə büdcəyə cəlb edə bilək. İndi Azərbaycan idarəetmənin yeni mərhələsindədir. Bu, eyni zamanda büdcəyə və büdcəyə aid olan qurumlara da şamil olunmalıdır. Milli Məclis və Maliyyə Nazirliyinin payızda və ilin ortasında keçirilən görüşləri azdır. Yeni dövrün tələblərinə cavab verən istiqamətdə işlərimizi korrektə etməliyik. Hansısa formalarda dinləmələrin keçirilməsini təşkil etməliyik. Neft Fondundan büdcəyə gələn vəsaitlərin kənd təsərrüfatından gələn gəlirlərlə əvəzlənməsi mümkündür”.

Paylaş »
››› Rusiya mətbuatı: Erməni silahlılar Kəlbəcərdən çıxmaq istəmir - yeni müharibə təhlükəsi var
››› Millət vəkili Ramil Həsənin həyat yoldaşı axtarışa verilib
››› Kişiyə hamilə diaqnozu qoyulması ilə bağlı TƏBİB-dən rəsmi açıqlama
››› Qərb mətbuatı: “Türk dronlarının qarşısını rus müdafiə sistemləri ala bilmir”
››› Hamının axtardığı əsgər tapıldı - Video
Son xəbərlər
Bütün xəbərlər »