Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə korona peyvəndinin istehsalına başlayıb

Türkiyə Qızıl Ay Komitəsinin başçısı Kərəm Kınık koronavirus peyvəndi ilə bağlı açıqlama yayıb.

Teleqraf.com xəbər verir ki, komitə rəhbəri “passiv immunitet sistemi” adlandırılan hiperimmunqlobulinin sənaye istehsalına başlayacaqlarını açıqlayıb.

“Yəni, plazmadan saflaşdırılaraq əldə etdiyimiz anticismlərlə “passiv peyvənd” istehsal edəcəyik. İlk işlərimizi başa çatdırmışıq. Yeni bir pandemiyanın yayılması vəziyyətində əlimizdə kifayət qədər dondurulmuş plazma və passiv peyvənd olacaq”, - Kınık bildirib.

Koronavirusun müalicəsində uğurları artıran üsullardan biri də plazma köçürülməsi oldu. Türkiyə dünyada koronavirus xəstələrinə plazma köçürülməsinə ən erkən başlayan ölkələrdən biridir. İndiyədək Türkiyədə 4 minə qədər insana plazma nəql edilib.

Son xəbərlər
Bütün xəbərlər »