Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çində koronavirusa yoluxaraq dərisinin rəngi dəyişən həkimlərdən biri ölüb

Çində yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxaraq dərisinin rəngi dəyişən həkimlərdən biri vəfat edib.

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, uroloq Hu Veifenq bu gün səhər saatlarında ölüb.

Hu Veifenq Uhan şəhərində pandemiyanın meydana çıxdığı ilk aylarda COVID-19-a yoluxan xəstələri müalicə edən həkimlərdən biri olub.

Son dörd ay ərzində doktor Hu Veifenq reanimasiyada olub. Aprel ayında onun səhhəti yaxşılaşsa da, daha sonra pisləşib.

Hu Veifenq Uhan Mərkəzi Xəstəxanasında koronavirusdan ölən 6 həkimdən biridir.

Xatırladaq ki, bir müddət öncə sosial şəbəkələrdə Uhanda koronavirusa yoluxaraq müalicə olunan iki həkimin - kardioloq Yi Fan və uroloq Hu Veifenqin dərilərinin rənginin dəyişdiyini göstərən fotolar yayılıb.

Mütəxəssislər buna səbəb kimi virusun qaraciyəri zədələməsini göstərib və bildiriblər ki, müalicə prosesində həkimlərin daxili orqanları zədələnib.

Paylaş »
››› Hərbçilərimiz Ağdamda Səxavət Məmmmədovun qəbrini tapdılar - Video
››› "Şuşaya kanatla qalxdıq, 40-a yaxın ermənini bıçaqla vurmuşam"
››› Ermənistan prezidentindən etiraf: “Bizim ölkənin və xalqın beynəlxalq obrazı yaxşı deyil”
››› İgid əsgər: Atışma başlayanda yaralı dostumun üstünə yıxıldım ki, ölməsin - Foto
››› Erməni siyasətçi: “Azərbaycana 50 milyard dolların əvəzinə Zəngəzur veriləcək”
Son xəbərlər
Bütün xəbərlər »