Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çənədə və cibdə gəzdirilən maskalara görə də cəza veriləcək...

Ölkədə karantin tədbirləri yumşaldılsa da koronavirusa yoluxma faktları yüksələn xətlə gedir. İctimai yerlərdə maska taxan insanların sayı taxmayanlara nisbətən xeyli azdır. Metro kimi avtobuslara da maska taxmadan girməyi qadağan etsələr, yaxşı olardı. Havalar isindiyiə görə, maska gəzdirmək çətinləşib. Buna görə də çoxları 50 manat cərimə almamaq üçün maskanı ya cibində gəzdirir (ki, polis soruşsa, göstərmək üçün) ya da çənəsində. Bəs qaydaları pozan şəxslərə qarşı nə şəkildə davranılmalıdır?

Məsələ tənəffüs yollarını qorumaqdır, çənədə hər hansı vasitəni gəzdirmək tənəffüs yollarını qorumadığı üçün əlbəttə ki, artıq pozuntudur. 29 may tarixindən “maska taxmaq və ya taxmamaq” müzakirə olunmur, bu vasitələrdən istifadə məcburiyyətdir (imperativ norma), məsləhət-tövsiyə deyil, ona görə də bu normanı pozanlara ayrıca maddə ilə sanksiya müəyyən edilmişdir. Həm inzibati cərimə, həm də xəbərdarlıq, hər ikisi inzibati tənbehdir, yəni məsuliyyət tədbirləridir, təqsirli şəxsi qanunlara əməl ruhunda tərbiyələndirmək, onunla yanaşı digər şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır.

Xəbərdaredici tədbirlər preventiv tədbirlərdir, hüquq pozuntusu törədilməmişdən əvvəl qarşısını almaq üçün həyata keçirilir. Pozuntu baş verəndən sonra artıq nəticələrini aradan qaldırmaq istiqamətində ölçülər götürülür ki, bunlardan da biri inzibati tənbeh, eləcə də digər hüquqi təsir tədbirləridir (cəza və s.).

Dünən xəbər verdiyimiz kimi, Dövlət Sığorta Kommersiya Şirkətindən redaksiyamıza şikayət daxil olub. Adının çəkilməsini istəməyən əməkdaş bildirib ki, şirkət işçiləri arasında koronavirusa yoluxma faktları qeydə alınsa da, rəhbərlik işçilərin ofisdə işləməsini tələb edir.

Mənbədən Bizimyol.info-ya verilən məlumata görə, şirkətin bir neçə əməkdaşı, o cümlədən sədr müavini Aftandil Hacıyev və onun ailə üzvləri yoluxma səbəbi ilə karantinə alınıblar.

Hüquqşünas Sahib Məmmədovun fikrinə görə, belə vəziyyətdə işçiləri işə çağıran şirkət rəhbərləri də cəzalandırılmalıdırlar.

"Mən bu qərarı görmüşdüm. Çənəsində maska varsa, şəxsə bu qərara əsasən cərimə təbiq etmək mübahisə yaradacaq. Qaydalar lazımdır. Məslən 1.2. bənddə nəzərdə tutulan zəruri hallar hansılardı? Yəni ayrıca hüquqi qüvvəyə malik təlimat və ya qaydalar olmalıdır. Tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindəm müəyyən edilən tələblərin pozulması" dedikdə maskanın çənədə gəzdirilməsi də nəzərdə tutulmalıdır. Müvafiq icra hakimiyyəti orqanı tərəfindəm müəyyən edilən tələblər müəyyən edilibmi? Edilibsə harda var? Bayaq bir bankın yanıdan keçirdim. İçəri tam görünürdü. Bütün işçilər sadə tibbi maskanı çənələrinə taxmışdı Bu halda həm onlar, həm də banka rəhbərlik edən vəzifəli şəxslər cərimə olunmalıdır İXM-ə edilən əlavəyə görə. Amma bunun üçün qaydalar olmalıdır. Bəlkə də var. Mən sadəcə görməmişəm. Hər halda varsa geniş yayılmalıdır. Çənəsində maska varsa şəxsə bu qərara əsasən cərimə təbiq etmək mübahisə yaradacaq. Qaydalar lazımdır. Məslən 1.2. bənddə nəzərdə tutulan zəruri hallar hansılardı? Yəni ayrıca hüquqi qüvvəyə malik təlimat və ya qaydalar olmalıdır",- deyə o bildirib.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »