Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Arıqlamağın görünməyən tərəfləri: Kəskin pəhrizlər 12 xəstəliyə yol açır

Yay gəldi, diyet deyib özünə zülm edənlərin sayı da artdı. Lakin mütəxəssislər həyəcan təbili çlırlar. Kəskin diyetlər insan orqanizminə geridönülməz zərbələr vura bilər. "Hamını heyrətə salacam" deyərək həddən artıq arıqlama ilə qeyri- adi xəstəliklərə də səbəb ola bilərsiniz.

Bizimyol.info-nun təqdim etdiyi bu yazıda gözəllik xatirinə ediən diyetlərin orqanizmə vurduğu zərbəərdən danışacağıq.Diyetooq doktor Ayça Gülərüz Bizimyol.info-ya verdiyi eksklüziv açıqlamada bütün doktorların deidklərinin əksinə olaraq kilo itirməyin orqanizmə, xüsusən ürəyə vurduğu ağır zərbədən danışıb.

"Savadsızca , kor-koranə edilən diyetlər, tək tip qida rasionu, gün boyu yalnız maye halda qidalanma kimi şok diyetər orqanizmdə həqiqətən şok evvekti yaradır. Xüsusən, pandemiya dövründə orqanizmi diyetlərlə zəif salmaq təhlükəli nəticə verə bilər",- deyən doktor Ayça Gülerüz diyetlərin orqanizmə "hədiyyə etdiyi" 12 xəstəlik barədə məlumat verib.Ayça Gülərüz bildirb ki, tarazlığı qoruyan yüngül yeməklərlə və fiziki hərkətlərlə həftədə yarım kilo arıqlamaq mümkündür. Bunun üçün ağlasığmaz vasitələrlə öz orqanizminə zülm etmək lazım deyil.

Şok diyetlər 12 xəstəliyə qapı açır. Bunlardan biri və ən ağırı, geri dönülməzi ürək əzələlərinin zəifləməsidir.

"Orqanizm özü üçün lazım olan enerjini qidalardan ala bilmədikdə əzələlərdəki proteini parçalayır. 2014- cü ildə Avropa Obezite Konqresində təqdim olunan araşdırmalarda bildirilib ki, insan sürətlə kilo verərkən yavaş verilən kiloya nisbətən 3 dəfə artıq əzələ itirir.Sürətli kilo itkisi ürək əzələlərinin atrofiyasına gətirir.Çox aşağı kalorili yeməklər, maye diyetləri soda, potasiyum kimi mineralların bədəndən itirilməsinə səbəb olduğundan, ritm pozğunuğuna da yol açılır.

Daha bir zərbə-Metobolizmi yavaşladır.Azalan əzələlər nəticəsində metobolizmanın sürəti də azalır. Bu o deməkdir ki, siz idman hərəkətləri edərkən və ya yeriyərkən daha az kalori yandıracaqsız.Nəhayətdə orqanizm kilo verməyi buraxır, üstəlik çox az kalorili yeməkləri buraxıb normal qidalanaya dönüncə, orqanizm yenidən sürətlə kilo alır və itirilən həddi 2-3 dəfə aşır.

Aşağı kalorili qidalanma, tək tip qidalardan istifadə, rasiondan yağ və karbohidratların çıxarılması o deməkdir ki, yetərli qədər vitamin və minerallar ala bilmirik. Yağsız qidalanma A, D, E və K kimi vitaminlərin orqanizm tərəfindən əmilməsinin qarşısını alır.

Aşırısı ilə tətbiq edilən diyetlər depresiyya riskini yüksəldir.

Aşağı kalorili diyetlərdə, xüsusilə karbohidrat yetəri olmadıqda beynin stress hormonu işə düşür və vücud stresə qarşı daha duyarlı hala gəlir.Az karbohidratlı yeməklər hidroqlisemiyaya səbəb olaraq beynin işləməsi üçün yetərli enerji tükətməsinin qarşısını alır ki, bu da unutqanlıq, diqqət əskikliyi və konsetrasiya pozğunluğuna səbəb olur.

Belə diyetlər həmçinin bağırsaq pozğunluğuna da səbəb olur. Bir çox diyetlərdə lazımi probiotik və prebiotik alınmadığı üçün bağırsağın florası pozulur və bu qəbizlik və ishal kimi hərəkətlənmələrə səbəb olur. İnsulin dirənci arta bilir.

Şok diyetlərdə qalıcı qidalanma vərdişləri qazanmadığımız üçün verdiyimiz kiloları artıqülaması ilə geri alırıq. Bu vziyyət xüsusilə pankreas vəzinin işini pozur, insulin hormonunun ifrazında və ya hüceyrələrdə insulin hormonuna qarşı həsasslığın azalmasına səbəb olur. Bu mənzərəyə insulin dirənci deyilir. İnsuli dirəncinin yaranması kilo verməyə mane olan əsas səbəblərdən biridir.

Şok diyetlər öd kisəsində daş yaranmasına səbəb olur. Aparılan tədqiqatlar göstərir ki, kalorisi çox aşağı olan (800 kkal və ya daha aşağı) diyetləri tətbiq edən insanların 25/100-də öd kisəsi daşı yaranır.

Baş ağrılarına səbəb ola bilir.

Vücudun istifadə etdiyi ilk enerji qaynağı karbohidratlar şok diyetlər demək olar ki, sıfır səviyyəsində istifadə olunduğu üçün, bədəndə keton hissəscikləri yaranır. Bu molekullar beyin maneələrini aşarkən baş ağrısına səbəb olurlar.

Şok diyetlər halsızlıq, yorğunluğun əsas səbəbidir. Çünki, vücud dəmir, mineral və vitamin əskikliyi yaşayır.

Şok diyetlər dəridə quruma və sallanmalara səbəb olur.Buna da səbəb vitamin və yağ çatışmazlığıdır.Bu özünü dəri rənginin solması, dırnaqların qırılması şəklində göstərir.

Şok diyetlər saçların tökülməsinə və parıltısının itmısinə səbəb olur.

İlhamə Rəsulova

Paylaş »
››› Ermənistan prezidenti Paşinyanı istefaya çağırdı
››› Ayaqlarını itirən erməni əsgər: “Kömək edən yoxdur”
››› 2016-cı ildə Serj Sarkisyan deyib: "7 rayonu təhvil verməsək, Stepanakerti (Xankəndi) itirəcəyik"
››› Paşinyan Ermənistanda daxili çəkişmələri dayandırmağa çağırdı
››› Suqovuşana çəkilən yeni yol minalardan təmizlənir
Son xəbərlər
Bütün xəbərlər »