Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Novxanı bağlarında dəhşət: əli qolu bağlı şəkildə...
Novxanı bağları yaşayış massivində yerləşən evlərdən birində meyit tapılıb. Lent.az xəbər verir ki, qəsəbədəki evlərdən birində orta yaşlı kişinin meyiti əlləri və ayaqları bağlanmış şəkildə aşkarlanıb. Məsələ ilə bağlı dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib. İlkin müayinə zamanı ölən şəxsin üzərində xəsarətlər aşkarlanıb. Həmçinin öldürülən şəxsin bütün əzalarının yerində olması da müəyyən edilib.

Hazırda qətlə yetirilən şəxsin kimliyinin müəyyən edilməsi, eləcə də hadisəni törədən şəxs və ya şəxslərin aşkarlanması istiqamətində iş aparılır.

Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş başlanılıb, əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Son xəbərlər
Bütün xəbərlər »