Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kreml: Putin və Tramp telefon söhbətində ABŞ-dakı iğtişaşları müzakirə etməyib

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp telefon söhbətində ABŞ-dakı iğtişaşları müzakirə etməyiblər.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

ABŞ-dakı iğtişaşların Putin və Tramp arasında baş tutan telefon danışığı zamanı müzakirə olunub-olunmaması ilə bağlı sualı cavablandıran Dmitri Peskov deyib ki, bu, Rusiya-Amerika arasında ikitərəfli münasibətlərə aid məsələ deyil.

Qeyd edək ki, iyunun 1-də Putin və Tramp arasında telefon danışığı baş tutub. Kremlin mətbuat xidmətinin məlumatına görə, tərəflər hər iki ölkədə koronavirusla mübarizə istiqamətində görülən tədbirlər, neft bazarı və OPEC + sazişini müzakirə ediblər. Tramp G7 sammiti ilə bağlı Putini məlumatlandırıb və prezidentlər müxtəlif səviyyələrdə təmasları davam etdirməyə razılaşıblar.

Paylaş »
››› Ermənistan prezidenti Paşinyanı istefaya çağırdı
››› Ayaqlarını itirən erməni əsgər: “Kömək edən yoxdur”
››› Azərbaycan ordusunun düşmənə qarşı istifadə etdiyi unikal fənd
››› Paşinyan Ermənistanda daxili çəkişmələri dayandırmağa çağırdı
››› Suqovuşana çəkilən yeni yol minalardan təmizlənir
Son xəbərlər
Bütün xəbərlər »