Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
KİV: "Taliban" lideri koronavirusdan ölüb

“Taliban” lideri Molla Heybətullah Axunzadə yeni növ koronavirus infeksiyasından (COVID-19) ölüb.

APA-nın "Foreign Policy" nəşrinə istinadən verdiyi xəbərə görə, bu barədə Pakistanda olan, lakin adlarının açıqlanmasını istəməyən “Taliban” hərəkatının 3 xadimi məlumat verib.

Onlar bildiriblər ki, Molla Heybətullah Axunzadə koronavirusdan həyatını itirib.

“Taliban” rəsmiləri H. Axunzadənin son üç ayda görünmədiyini, heç bir səs yazısının və ötən ay Ramazan bayramı mesajının yayımlanmadığını qeyd ediblər.

"Foreign Policy" nəşrinə görə, Əfqanıstan hökuməti və Qərb mənbələri də "Taliban" liderinin öldüyünü ehtimal edirlər.

“Taliban”ın yüksək səviyyəli hərbi rəsmisi Muləvi Məhəmməd Əli Can Əhməd H. Axunzadənin COVID-19-a yoluxması xəbərini təsdiqləsə də, bildirib ki, liderləri xəstəlikdən sağalır.

Əfqanıstan hökumətindəki yüksək vəzifəli rəsmi isə vurğulayıb ki, fevral ayında ABŞ-la ikitərəfli müqavilənin imzalanmasında iştirak edən “Taliban”ın Doha (Qatar) ofisindəki bir çox başqa liderlər də COVID-19-a yoluxub.

Paylaş »
››› Gürcüstan Putinə "yaltaqlanması" nəticə vermədi: Kreml arxadan zərbəni endirdi
››› Rusiya taktikanı dəyişir: Böyük işğaldan imtina edir
››› Şimali Koreyada pandemiya böyüyür: Günahkar tapıldı
››› Putin Lukaşenkonu niyə açıq savaşa çəkə bilmir... - Britaniya kəşfiyyatı
››› Rusiya cəmiyyətini diksindirən hadisə: "Ordu komandanlığının axmaqlığı ucbatından..."
››› Putin sadəlövhdür, yoxsa ABŞ unutqan: NATO verdiyi vədi niyə pozub
››› Rusiya müharibədəki hədəflərini niyə dəyişib? - Sonun başlanğıcı
Koronavirusa dair informasiya saytı
Son xəbərlər
Bütün xəbərlər »