Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputat: Əhali örüş yeri tapmır ki, heyvan saxlasın

Təmsil etdiyim İmişli rayonunda örüş yerləri problemi var. Dünən İmişlinin Hacalmuradlı kəndində çəkilmiş bir videoya baxdım və məsələnin nə qədər acınacaqlı olduğunu bir daha gördüm. Bir tərəfdə döyülənlər, söyülənlər, digər tərəfdə pis vəziyyətdə qalan polis zabitləri və qan içində olan vətəndaş.

Bunu Milli Məclisdə çıxışı zamanı deputat Razi Nurullayev bildirib.

“Örüş sahəsi olmasa, o kəndli necə yaşaya bilər? Bu kəndli inəyini, qoyununu, keçisini harada saxlasın? İmişlidə kəndlilərin yaxşı bir sözü var. Deyirlər ki, inəyimizi ayağımıza bağlayıb saxlayaq?” – deputat bildirib.

R.Nurullayev İmişlinin böyük torpaq sahələrinin olduğunu qeyd edib:

“Amma əhali örüş yeri tapmır ki, heyvan saxlasın. Bəs nə ilə dolansın? Adına 10-15 sot torpaq var, yaxud bir sınıq-salxaq maşın var, yardım ala bilməz, heyvan saxlamaq istəyir ki, dolanışığı olsun, örüş sahəsi yoxdur. Niyə yoxdur? Çünki uğursuz torpaq islahatı nəticəsində bütün torpaqlar pay-püş edilib. Adam var, adına 100, 500, 1000, 2000 hektar torpaq sahələri var. Məsələ burasındadır ki, həqiqətən də əkin-biçinlə məşğul olan icarədarlar var. Amma elə sahələr var ki, sadəcə çəpərlənib – nə istifadə edilir, nə də əkilib-becərilir. Özünün beş-on heyvanını saxlayır. O böyük və istifadəsiz torpaq sahələri kimə məxsusdur? Böyük əksəriyyəti Bakıdakı məmurlara, rayonda vəzifə tutanlara. Bəs kasıb nə etsin? Bu şəkildə torpaq islahatı hazırlayıb Prezidentə təqdim edənlər məsuliyyət hiss etməlidirlər. Uzun müddət uğurlu torpaq islahatından danışıldı. Bu, sadəcə gözə kül üfürmək idi. Kolxozların dağıdılmasına və torpaqların paylaşdırılmasına rəvac verənlər, Prezidentə bunu təqdim edib tez-tələsik imzaya nail olanlar qoy məsuliyyət hiss etsinlər. Biz torpaqlarla bağlı yeni qanunun hazırlanmasına başlamalıyıq ki, qalan əraziləri xilas edək. Çıxış yollarından biri torpaq sahiblərinin və icarədarlarının qeyri-qanuni, rüşvət və vəzifə səlahiyyətlərindən istifadə edib, sahib olduqları torpaqlarının heç olmasa 30-40 faizindən könüllü şəkildə imtina edərək xalqa qaytarmasıdır. İmişlinin yeni icra başçısı cənab Elçin Rzayev, yaxud digər rayonlara təyin edilən yeni başçılar təkbaşına işləyə bilməzlər. Onlar Prezidentin tapşırıqlarını yerinə yetirməkdə böyük çətinliklə üzləşəcəklər. Biz torpaqlarla bağlı qanunvericiliyə dəyişiklik etməklə, onlara da kömək etmiş olarıq”. /Axar.az/

Paylaş »
››› Erməni komandir bizim zabitə: “Bu torpaq sizindir, necə desəniz, elə edəcəyik” - Video
››› Naxçıvanda şəhid atası oğlunun tabutu önündə qurban kəsib - Video
››› Paşinyan etimad referendumu keçirmək istəyir
››› Türk hərbçiləri Ağdamda yerləşəcək - Rusiya mətbuatı
››› İqbal Ağazadə: “Elə bilirik, bayrağı vurub qoltuğumuza gedib Xankəndinə sancmaqla hər şey bitəcək”
Son xəbərlər
Bütün xəbərlər »