Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputat təmas xəttindəki kəndlərdə torpaq islahatlarının aparılmasını təklif edib

“Torpaq islahatları aparılmayan kəndlərdə islahatların aparılmasına ehtiyac var”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında cari məsələlərin müzakirəsi zamanı deputat Vüqar Bayramov deyib.

O bildirib ki, torpaq islahatlarının aparılması həmin kəndlərdə yaşayan insanların dövlətdən subsidiya almasına şərait yaradır.

“Xüsusilə cəbhəyanı bölgələrdə yerləşən kəndlərdə bu islahatlar aparılmayıb. Bu kəndlərdə təsərrüfatla məşğul olan insanlar dövlətdən subsidiya ala bilmir. Təmas xəttində bu islahatların davam etdirilməsi həmin kəndlərdə yaşayan sakinlərin də subsidiyadan faydalanmasına şərait yaradar”.

Paylaş »
››› Şuşadan gedən ermənilər şikayətlənir: “On gündən bir yardım...”
››› Nazirlikdən Xankəndi ilə bağlı vacib açıqlama
››› Rəsmi açıqlama: Bu evi SOCAR sökməyib
››› İntihara cəhd göstərən ərini xilas edərkən ölümünə səbəb oldu
››› “Topçu Vüsal”ın adıyla pul qazananın kimliyi bəlli oldu - Atası rəsmən razılıq verib
Son xəbərlər
Bütün xəbərlər »