Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya prezidenti üçün şəxsi cadugər

Federal Cəza İcra Xidməti Rəhbərinin müşaviri Yevgeni Matveyev öz əkskəşfiyyatçı oğlunu, Dmitri Matveyevi məhkəməyə verib və məhkəmə prosesində çox maraqlı fakatlar üzə çıxıb.

Bizimyol.info Rusiya mediasına istinadən xəbər verir ki, qeyri-adi məhkəmə işinə baxış zamanı məlum olub ki, Matveyev özü bir zamanlar ölkənin birinci şəxsərini qoruyan ekstrasensləri idarə edirmiş.

Məhkəmə prosesində üzə çıxıb ki, iddiaçı Yevgeni Matveyev əmək fəaliyyəti dövründə Rusiya Prezidentinin Təhlükəsizlik Xidmətində Məxfi Bölmədə rhbərlik edib. Bölmə maq, ekstrasenslər və cadugərlərdən ibarət olub. Bu insanlar öz sahələri üzrə dövlətiun və dövləti idarə edən şəxslərin müdafiəsini təşkil etdiklərini söyləyiblər.

SSRİ zamanında Matveyev DTK-nın 9-cu Strateji Obyektlərin Əkskəşfiyyatının Təşkili İdarəsində çalışaraq cəsuslar yaxalamaqla məşğul idi.Elə həmin dövrdə neyrolinqvistik proqramlaşdırma (NLP- bu indi də dünyada çox trend halına düşmüşdür ), hipnozla insana təsir, müxtəlif hind yoqa və astral səyahət metodları, insanın transa salınması kimi sahələr onun marağını çəkməyə başlayıb. Onun bu marağı rəhbərlik tərəfindən də təşfiq edilib.

1990-cı illərdə FTX-nı general mayoru Georgi Raqozin onu Prezidentin Təhlükəsizlik İdarəsində işləməməyə dəvət edib. Roqozin özü də astrologiya, NLP, ekstrasensorika, okkult elmlərlə maraqlanır, bütün maq və ekstrasenslərin hamisi hesab edilirdi. Matveyev birinci şəxslərin müdafiəsi naminə maq və cadugərlərə rəhbərlik etməyə və digər sahələrə məsğul olmaq üçün çağırılmışdı. Bu digər sahənin nə olması barədə məlumat isə tam məxfi saxlanılır. Matveyevin əsas "müdafiə obyekti" Qorbaçov, Yeltsinin adı çəkilsə də bu siyahıda Putinin olması da istisna edilmir.

Yevgeni Matveyevin iki oğlu var. Böyük oğlu Əmanətlərin Sığortalanması Agentliyində işləyir.

İkinci oğlu Dmitri RF FTX-da işləyib və keçən il kolleqaları tərəfidən saxlanılıb.Dmitrini vəzifə səlahiyyətlərindən sui istifadə etməkdə ittiham ediblər.

O müəyyən şəxslərin araşdırılmasında və işə qəbulunda atasının rəhbərlik etdiyi bölmədə icazə almalı olduğu halda bunu etməyib və atası tərəfindən məhkəməyə verilib. Məhkəmə zamanı Dmitrinin özünümüdafiə məqsədiilə dediyi sözlər də maraq doğurub. "Mən xüsusi xidmət orqanları və onların cadugərləri arasınnda gedən müharuibənin qurbanı olmuşam".

Oğul həmçin bildirib ki, atası ilə işgüzar görüşlərini çox da yaxşı xatırlamır, çünki atası ilə söhbət zamanı müəyyən sənədəri imazalayarkən beyni sanki duman içində olurdu və rahat düşünə bilmirdi. O atasının lazım olduğu yerlərdə öz peşə sirlərindən və təzyiq aləti kimi magiyadan, ekstrasens güclərdən istifadə etdiyini iddia edib.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »