Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanın e-ticarət portalı "Facebook Shop" xidmətinə inteqrasiya olunacaq

"Azexport.az" portalının "Facebook" üzərindən elektron ticarətlə məşğul olmaq imkanı yaradan "Facebook Shop" xidmətinə inteqrasiya olunacağı barədə qərar qəbul olunacaq.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən "APA-Economics"ə verilən məlumata görə, bunu portalının meneceri Ayxan Qədəşov deyib.

Onun sözlərinə görə, portalın idarə olunması zamanı resursların səmərəli istifadə olunaraq minimum xərclə maksimum effektivliyə nail olunması prinsipi əsas götürülür.

"Bu baxımdan "Facebook Shop" ABŞ-da sınaq mərhələsini bitirib və xidmətlərini tam funksional təqdim etdikdən sonra müəyyən təhlillər aparılacaq. Təhlillərin nəticəsinə əsasən portalın gələcəkdə bu xidmətlərə inteqrasiya olunması barədə qərar qəbul olunacaq", - deyə A. Qədəşov qeyd edib.

O həmçinin bildirib ki, hazırda "Azexport.az" internet portalı "Made in Azerbaijan" məhsullarının xarici bazarlarda rəqəmsal ticarət platformaları vasitəsi ilə təşviqinin aparılması məqsədi üçün "Amazon.com", "Alibaba.com", "Agroserver.ru", "All.biz", "Go4worldbusiness.com" kimi geniş auditoriyaya malik olan portallara inteqrasiya olunub.

İnteqrasiya proseslərinin müsbət nəticəsi olaraq 2017-ci ilin yanvar ayından 2020-ci ilin 30 aprel tarixinədək (40 ay ərzində) dünyanın 141 ölkəsindən "Azexport.az" internet portalına 1,8 mlrd. ABŞ dolları dəyərində ixrac sifarişi daxil olub.

Paylaş »
››› "Saysız düşmən əsgəri öldürdüm, balaca bir erməni körpəsinin həyatını xilas etdim”- Qazi
››› Azərbaycan ordusunun düşmənə qarşı istifadə etdiyi unikal fənd
››› Paşinyanın sosial şəbəkə trollarına verdiyi aylıq maaş məlum oldu
››› Şuşada əsir düşmüş xüsusi təyinatlımız: "Yaralarıma duz, istiot tökürdülər"
››› Professordan qovulan tələbə barədə açıqlama: "Rüşvətxorlar, qansoranlar at oynadır"
Son xəbərlər
Bütün xəbərlər »