Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fazil Mustafa: “Onsuz da bu məsələni hərb yolu ilə həll edəcəyik”

“Bütün hallarda məktəblərdə Azərbaycan oğlanları hərbi dərs keçməlidir, qızların isə şəfqət bacısı kimi yetişməsinə ehtiyac var”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında cari məsələlərin müzakirəsi zamanı deputat Fazil Mustafa deyib.

O bildirib ki, hansısa məktəbdə əl qumbarası partlayandan sonra məktəblərdə hərbi dərslər yığışdırılıb: “Amma bu dərslərin keçirilməsinə ehtiyac var. Biz müharibə şəraitində olan ölkəyik. Əsgərlərin sağlamlıq və savad göstəricisi çox aşağıdır. Biz onsuz da bu məsələni hərb yolu ilə həll edəcəyik. Amma xalqı buna hazırlamaq lazımdır. Bu olmasa, 1918-ci ildə olduğu kimi bəhanə gətirəcəyik ki, hazır deyildik. Buna yol verməmək üçün indidən yetişdirmək lazımdır”.

Paylaş »
››› Şəhid sayılaraq "dəfn olunan" əsgərin sağ olduğu məlum olub
››› Baş həkim ani qərarla 30 yaralını ölümdən qurtarıb
››› Çavuşoğlu ilə Pompeo arasında mübahisə yaşandı
››› “Anamı görmək istəyirəm” – Şəhidin son arzusu
››› Ermənistan qəzeti: “Ölkə uçurumun kənarındadır”
Son xəbərlər
Bütün xəbərlər »