Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şəkidə bir neçə həmkəndli arasında dava olub, xəsarət alanlar var

Şəkidə kütləvi dava olub, iki nəfər xəsarət alıb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, iyunun 1-də axşam saat 22:00 radələrində rayonun Çələbixan qəsəbə sakinləri olan 1991-ci il təvəllüdlü Qacay Mürşüd oğlu Məmmədov başın təpə nahiyəsinin kəsilmiş-cırılmış yarası, 1977-ci il təvəllüdlü Elman Kərəm oğlu Rəhimov isə sağ əlin ovucunun kəsilmiş yarası xəsarəti ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olublar.

Məlum olub ki, Q.Məmmədov, E. Rəhimov və daha iki nəfər qəsəbə sakini arasında dava baş verib və dava zamanı onlar xəsarət alıb. Q.Məmmədova lazımi tibbi yardım göstərilib, müalicəsi xəstəxananın Əsəb xəstəlikləri şöbəsində aparılır. E.Rəhimovun xəsarəti yüngül olduğundan ona lazımi yardım göstərildikdən sonra evə buraxılıb.

Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.

Paylaş »
››› Paşinyan yenə Rusiyaya "ilişdi"
››› Ermənistanda prezidentə qarşı impiçment: “Qan da tökülə bilər”
››› Qalmaqallı generalın həbsdəki qardaşı haqqında yenə cinayət işi başlandı
››› Nəqliyyat Agentliyinin xüsusi zolağı niyə işə yaramadı? - Video
››› Məmurlar saxta QHT-lər vasitəsilə milyonlar mənimsəyirlər
››› Qərb Rusiyaya qarşı hansı planı hazırlayır...
››› Qərb Rusiyanı Ermənistanın əli ilə vurur
Son xəbərlər
Bütün xəbərlər »