Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Konqres üzvü Kevin Hern: “Azərbaycan ABŞ-ın etibarlı müttəfiqidir”

ABŞ Konqresində Azərbaycan üzrə İşçi Qrupun üzvü, Nümayəndələr Palatasında Oklahoma ştatını təmsil edən respublikaçı Kevin Hern Azərbaycanın milli bayramı – Respublika Gününün 102-ci ildönümü münasibətilə bəyanat verib.

Bu barədə "Report"a Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyindən bildirilib.

Qeyd edilir ki, Kevin Hern bəyanatında Azərbaycanın Şərqdə 1918-ci ildə ilk müstəqil, dünyəvi demokratik respublika qurduğunu bildirib.

Konqres üzvü uzun illər sovet nəzarətində olan Azərbaycanın Sovet İttifaqının çökməsi ilə 1991-ci ildə yenidən müstəqillik əldə etdiyini və 1992-ci ildə ABŞ-ın Azərbaycanla diplomatik əlaqələr qurduğunu vurğulayıb.

Bəyanatda həmçinin Azərbaycanın Amerikanın etibarlı müttəfiqi olduğu, Azərbaycan əsgərlərinin beynəlxalq terrorçuluqla mübarizədə Əfqanıstan, Balkan yarımadası ölkələri və İraqda ABŞ əsgərləri ilə çiyin-çiyinə xidmət etdiyi qeyd olunub. Bundan əlavə, Azərbaycanın enerji marşrutlarının müxtəlifləşdirilməsi, habelə Cənub Qaz Dəhlizi layihəsi vasitəsilə ABŞ müttəfiqlərinin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynadığı vurğulanıb.

K.Hern Azərbaycanın İsrailin dostu olduğunu və İsrailin neft istehlakının 40%-nin Azərbaycan tərəfindən təmin edildiyini vurğulayıb. Konqres üzvü əhalisinin əksəriyyətini müsəlmanların təşkil etdiyi dünyəvi dövlət olan Azərbaycanda xristian və yəhudi icmalarının birgə yaşadığını bildirərək Azərbaycandakı dini plüralizmi təqdir edib.

Sonda Konqres üzvü Azərbaycanla Oklahoma ştatının Milli Qvardiyası arasındakı tərəfdaşlığı ön plana çəkib. K.Hern Konqresdəki Azərbaycan üzrə İşçi Qrupun üzvü kimi çalışmaqdan və ABŞ-la Azərbaycan arasındakı dostluq əlaqələrindən məmnunluğunu ifadə edərək bir daha Azərbaycan xalqına səmimi təbriklərini bəyan edib.

Paylaş »
››› Şəhid sayılaraq "dəfn olunan" əsgərin sağ olduğu məlum olub
››› Baş həkim ani qərarla 30 yaralını ölümdən qurtarıb
››› Çavuşoğlu ilə Pompeo arasında mübahisə yaşandı
››› “Anamı görmək istəyirəm” – Şəhidin son arzusu
››› Ermənistan qəzeti: “Ölkə uçurumun kənarındadır”
Son xəbərlər
Bütün xəbərlər »