Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vaşinqtonda etirazçılarla polis arasında yenidən qarşıdurmalar başlayıb

Vaşinqtonun mərkəzində etirazçılarla polis arasında qarşıdurmalar yenidən canlanıb.

APA xəbər verir ki, bu barədə ABŞ-ın televiziya kanallarının birbaşa yayımladığı videogörüntülərdən məlum olub.

Qarşıdurma iki gün əvvəlki ssenari əsasında inkişaf edir – polis Aö Evin yaxınlığında mühafizə çəpəri yaradıb, onun ətrafında isə etirazçı izdihamı toplaşıb. Etirazçılar polisə doğru şüarlar səsləndirirlər, ən fəal üzvlər isə şüşə su qabları atır və asayiş keşikçilərini qıcıqlandırırlar. Buna cavab olaraq, polislər gözyaşardıcı qazdan, işıqsaçan qumbaralardan istifadə edərək etirazçıları iqamətgahdan və yaxın küçələrdən uzaqlaşdırırlar.

Qeyd edək ki, bundan bir qədər əvvəl Vaşinqton meri Müriel Bouzer paytaxt ərazisində bazar günü tətbiq olunan komendant saatının daha iki gün müddətinə artırıldığını bildirib.

Son xəbərlər
Bütün xəbərlər »