Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Miqrantlar vətəndəki qohumlara daha az kömək etməyə başlayıb

Ölkəsindən kənarda işləyən əmək miqrantlarının vətənə göndərdiyi məbləğ azalıb. Onlar kasıb qohumlara daha az kömək etməyə başlayıblar.

Bizimyol.info xəbər verir ki, pandemiyaya görə işlərin dayanması, işsizliyin artması miqrantlara da təsirsiz ötüşməyib. Xaricdə işləyənlər vətənə əvvəlki qədər pul göndərə bilmirlər.

Əmək miqrantlarının imkanlarının azalması ayrı-ayrı ölkələr üçün ağır nəticələnə bilər. Xüsusilə Hindistan, Çin, Meksika və Filippin bu tendensiyanın zərərini görəcək.

BMT-nin məlumatına görə, dünyada hər 9 nəfərdən 1-i (təxminən 800 milyon nəfər) pul köçürməsinin ümidinə qalıb. 2020-ci ildə keçən illə müqayisədə köçürmələrin məbləği beş dəfə (109 milyard dollar) azalacaq.

Bazar iqtisadiyyatını formalaşdırmağa çalışan ölkələrdə yalnız neqativ təsir müşahidə olunacaq. Məsələn, Salvador və Hondurası çətin günlər gözləyir. Bu ölkələrdə pul köçürmələri ümumdaxili məhsulun beşdə birini təşkil edir. Salvador Mərkəzi Bankının məlumatına görə, apreldə köçürmələrin həcmi 40 faiz azalıb.

Paylaş »
››› Hərbçilərimiz Ağdamda Səxavət Məmmmədovun qəbrini tapdılar - Video
››› Zatulin ermənilərə Qarabağın statusunu unutmağı tövsiyə etdi
››› "Şuşaya kanatla qalxdıq, 40-a yaxın ermənini bıçaqla vurmuşam"
››› Ermənistan prezidentindən etiraf: “Bizim ölkənin və xalqın beynəlxalq obrazı yaxşı deyil”
››› İgid əsgər: Atışma başlayanda yaralı dostumun üstünə yıxıldım ki, ölməsin - Foto
Son xəbərlər
Bütün xəbərlər »