Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İnternetdə tanış olduğu qadın təqaüdçü kişinin minlərlə dollarını ələ keçirdi

Türkiyənin Kastamonu şəhərində 65 yaşlı kişi internetdə taş olduğu qadının tələsinə düşüb. Həmin şəxs təqaüdçünün minlərlə dollarını mənimsəyib.

Bizimyol.info xəbər verir ki, Taskaköprü ilçəsində yaşayan A.İ internetdə tanış olduğu qadına güvənmək qərarına gəlib. Təqaüdçü yeni tanışına ciddi yanaşıb, onunla evlənmək qərarı verib. Bundan qadının yaxınları istifadə edib. Təbii ki, təqaüdçünün sevgilisinin da iştirakı olmaqla. Kişinin 23.5 min lirəsini (3 min dollardan çox), 13 cümhuriyyət qızılını və 2 mobil telefonunu ələ keçiriblər. Təqaüdçüyə bütün bunların toy xərcləri üçün lazım olduğunu deyiblər.

Bir müddət sonra hadisələrin gedişi kişinin xoşuna gəlməyib. A.İ aldadıldığını anlayıb və polisə müraciət edib. Şübhəlilər Yozqat şəhərində saxlanılıb. Onlar dələduzluqda ittiham olunur.

Son xəbərlər
Bütün xəbərlər »