Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda tələbələr etiraz aksiyası keçirdilər, təhsil haqqı və imtahanın ləğvini tələb etdilər

İyunun 1-də “Tələbə tələbi” adlanan hərəkatın iştirakçıları Təhsil Nazirliyinin qarşısında etiraz aksiyası keçirib. Onlar karantin dövrü üçün ali məktəblərdə təhsil haqlarının ləğvini tələb ediblər.

Bizimyol.info xəbər verir ki, “Ödənişi ləğv et!”, “İmtahanı ləğv et!” şüarlarının səsləndiyi aksiyada üç nəfərə nazirliyin rəsmiləri ilə görüşmək üçün içəri keçməyə icazə verilib. Amma görüşdən sonra aksiya iştirakçılarından 7 nəfər – Rüstəm İsmayılbəyli, Allahverdi Həsənov, Rəhim Əhmədov, Vüqar Mirzəbəy, İlham Rəsul, Rəhim Məmmədov və Qiyas İbrahimov polis maşınına mindirilərək aparılıb. Polis Təhsil Nazirliyinin qarşısına toplaşanlardan sosial məsafə saxlamağı və karantin qaydalarını pozmamağı tələb edib.

Bakı Şəhər Baş Polis İdarəsindən bildirilib ki, Təhsil Nazirliyinin qarşısındakı aksiya xüsusi karantin rejiminin qaydalarına zidd olaraq keçirilib. Saxlanılanlardan 6 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci (epidemiya əleyhinə rejimin, karantin rejiminin pozulması) maddəsinə uyğun protokol tərtib edilib, ayrı-ayrılıqda 100-200 manat məbləğində cərimə olunublar.

Rüstəm İsmayılbəyli isə İnzibati Xətalar Məcəlləsinin 535-ci (polisin qanuni tələbinə tabe olmama) maddəsilə günahlandırılır. Bakı Dövlət Universitetinin tələbəsi olan R.İsmayılbəyli bu ittihamla hakim qarşısına çıxarılmaq üçün məhkəməyə aparılıb.

Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov mətbuata açıqlamasında obyektiv səbəbdən imtanaha hazır olmayan tələbələrin fərdi müraciəti əsasında avqustda 3-4 həftəlik əyani və ödənişsiz mühazirələrin təşkil olunacağını söyləyib. Onun sözlərinə görə, nazirliyə daxil olan üç tələbəni qurumun vəzifəli şəxsləri qəbul edib. C.Valehov R.İsmayılbəylinin nazirlik rəsmilərinə bütün imtahanların ləğv olunması barədə yazılı, imzasız fərdi müraciət təqdim etdiyini söyləyib.

Paylaş »
››› Ermənistan prezidenti Paşinyanı istefaya çağırdı
››› Ayaqlarını itirən erməni əsgər: “Kömək edən yoxdur”
››› Paşinyan Ermənistanda daxili çəkişmələri dayandırmağa çağırdı
››› Suqovuşana çəkilən yeni yol minalardan təmizlənir
››› Türkiyə MN: "Bütün imkanlarımızla Azərbaycanı haqlı mübarizəsində dəstəkləyəcəyik"
Son xəbərlər
Bütün xəbərlər »