Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
SSRİ məktəblilərinə nələri qadağan etmişdilər - Fotolar

SSRİ-də qadağalar çox idi. Ayrıca məktəblilər üçün də yasaq olunan davranışların siyahısı hazırlanmışdı.

Bizimyol.info xəbər verir ki, şagirdlər daha çox 5 qadağa ilə üzləşirdi.

Uzun saçlar – Təbii ki, söhbət oğlanların uzun saç saxlama vərdişindən gedir. Bu, SSRİ-də qəbulolunmaz sayılırdı.

Uzun saç dəbinin daha çox Qərbdən, xüsusilə ABŞ-dan gəldiyi düşünülürdü. Burada “Beatles” (Bitlz) təsirinin rolu qabardılırdı.

Qısa yubka – Əlbəttə, SSRİ-də qısa yubka geyinilirdi. Xüsusilə slavyan respublikalarının məktəbliləri özünə bunu rəva görürdü.

Amma ölçülərə ciddi nəzarət olunurdu. 15-20 santimetrlik yubkalardan danışmaq mümkün deyildi.

Krossovkalar və cinslər – Ötən əsrin 80-ci illərində SSRİ-da peyda olmuşdular. Həm krossovka, həm də cins defisit mal sayılırdı.

Təbii ki, əldən almaq mümkün idi. Yalnız varlı valideynlərin övladları bunu özünə rəva görə bilirdi.

Dini atributlar – SSRİ kimi ateist dövlətdə bu haqda danışmağa dəyməzdi. Hökumət dini xalq üçün narkotik sayırdı.

Hər yerdə dinlə bağlı satirik şüarlar, karikaturalar asılırdı. Hansısa şagird dini atributdan, aksesuardan istifadə edərdisə, valideyni məktəbə çağırılardı.

Kosmetika və sırğalar – Qız şagirdlər makiyajla məktəbə gəlməyi ağlına gətirə bilməzdi. Yalnız SSRİ-nin son illərində tədris müəssisələrində ümumi ovqat dəyişdi.

Halbuki əvvəlki illərdə sırğa taxmaq da problemə çevrilirdi. Oğlanlar buna bənzər davranış formalarına heç cürət etməzdi.

Paylaş »
››› Şuşadan gedən ermənilər şikayətlənir: “On gündən bir yardım...”
››› Nazirlikdən Xankəndi ilə bağlı vacib açıqlama
››› Rəsmi açıqlama: Bu evi SOCAR sökməyib
››› İntihara cəhd göstərən ərini xilas edərkən ölümünə səbəb oldu
››› “Topçu Vüsal”ın adıyla pul qazananın kimliyi bəlli oldu - Atası rəsmən razılıq verib
Son xəbərlər
Bütün xəbərlər »