Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Karantinin yumuşaldılması vətəndaşın məsuliyyətinin azalması demək deyil” - Deputat

“Qarşılıqlı məsuliyyət və öhdəlik münasibəti hazırkı vəziyyətdə ehtiyat etdiyimiz faciələrin qarşısını alır. Artıq biz xüsusi karantin rejimi dövründə şahid olduq ki, vətəndaşlarımız qəbul edilən qərarları anlayır və əməl edir. Hökumət demək olar ki, hər gün qanun çərçivəsində və ya tövsiyə xarakterli müxtəlif qaydaların riayət edilməsinə çağırış edir”.

Bunu Bizimyol.info-ya açıqlamasında Milli Məclisin deputatı Şahin Seyidzadə bildirib.

Şahin Seyidzadə

Deputat qeyd edib ki, qısa müddətdə dünyanı əhatə edən yeni növ koronavirus (COVID-19) infeksiyası ölkəmizdən də yan keçmədi: “Pandemiya elan edildikdən sonra qısa müddətdə ölkə rəhbərliyi tərəfindən atılan addımlar bu gün olan müsbət nəticələrin təməli oldu. Sözsüz ki, dövlətin təhlükəsizlik tədbirlərinə daxil olan xüsusi karantin rejimi bir çox sahədə bizim gündəlik həyat vərdişlərimizi və fəaliyyətlərimizi məhdudlaşdırdı. Amma nəticədə biz bu gün böyük faciələrdən ilkin mərhələdə qoruna bildik.

İlk dəfə karantin rejiminin elan edilməsi və məhdudiyyətlərin bildirilməsi sözsüz ki, hər kəsdə narahatlıq yaratdı. Hətta bu xüsusi rejimin çox uzunmüddətli olacağı şaiyələri də yayılmağa başlamışdı. Amma hər kəs şahid oldu ki, artıq aparılan bütün ilkin araşdırmalar, görülən tədbirlərin nəticələrin təhlil edilməsində xüsusi karantin rejiminin müddəti qısa müddətlik uzadılsa da, yumşalma prosesi baş tutdu”.

Ş.Seyidzadə bildirib ki, xüsusi karantin rejimi may ayının əvvəlində uzadılan zaman cəmiyyət üçün “yoxlama tarix”i karantin rejiminin uzadıldığı tarix idi: “Bu tarixə qədər biz tövsiyə edilən və zəruri olan bütün qaydalara əməl etməli idik. Hər bir vətəndaş bunun əhəmiyyətini və məsuliyyətini dərk etməli idi. Əlbəttə ki, bu belə də oldu. Karantin rejimi sərtləşməyə deyil, nisbətən yumşalmağa doğru getdi. Artıq yeni “yoxlama tarixi” müəyyən edildi. Növbəti addımlar və qərarlar müəyyənləşdirildi”.

Deputat qeyd edib ki, indiki zamanda 3 ssenari var: “Birincisi, bizdən asılı olan və müsbət yekunlaşan ssenari. Yəni hər bir vətəndaş dövlətin onlar qarşısında götürdüyü öhdəliyi məsuliyyətlə anlayır və buna ciddi yanaşır. Bütün zəruri və tövsiyə olan qaydalara əməl edərək koronavirusla mübarizədə müsbət nəticə əldə edilməsində rol oynayır.

İkincisi, bizdən asılı olmayan “ikinci dalğa” ssenarisi. Sözsüz ki, pandemiya dedikdə kiçik miqyaslı təhlükə yox dünyanı ümumilikdə əhatə etmiş bir təhlükədən söz açılır. Yəni hər şey müsbət davam etdiyi halda gözənilməz “ikinci dalğa” başlaya və mənfi ssenarini işə sala bilər. Buna hazırlıqlı olmaq üçün isə biz “yumşalma” qərarını karantinin bitməsi kimi qəbul etməli deyilik. Əksinə qazandığımız məsuliyyətli davranışları davam etdirməliyik.

Üçüncüsü, birinci dalğanı müsbət nəticə ilə bitirmədən vəziyyətin pisləşməsi. Yəni burada artıq əsas məsuliyyət bizlərin üzərində olmalıdır lakin bu belə deyil. Çünki biz bunu aydın şəkildə görürük ki, dövlət başçısı və hökümət ölkə vətəndaşlarının sağlamlığı üçün bütün məsuliyyəti və öhdəliyi öz üzərinə götürüb. Amma hələ də vətəndaşlar bu ödəliyi qarşılıqlı bölüşmür, yəni öz vətəndaş məsuliyyətini dərk etmir. Vətəndaşlar tərəfindən tövsiyə edilən sadə qaydalara əməl etməklə birinci dalğanın müsbət nəticələnməsinə zəmin yaradılır”.

Ş.Seyidzadə deyib ki, hökumət və xalq qarşılıqlı münasibətdə olmalıdır: “Qarşılıqlı məsuliyyət və öhdəlik münasibəti hazırkı vəziyyətdə ehtiyat etdiyimiz faciələrin qarşısını alır. Artıq biz xüsusi karantin rejimi dövründə şahid olduq ki, vətəndaşlarımız qəbul edilən qərarları anlayır və əməl edir. Hökumət demək olar ki, hər gün qanun çərçivəsində və ya tövsiyə xarakterli müxtəlif qaydaların riayət edilməsinə çağırış edir. Bu dövlətin məsuliyyəti birmənalı olaraq öz üzərinə götürdüyü göstərir və vətəndaşlar da bunu anlayaraq öz öhdəliklərini qəbul edib. Ölkə başçısı və dövlət qurumları vətəndaşların qorunması üçün məsuliyyətli addımlar ataraq qərarlar qəbul edir, vətəndaşlar isə bu qərarlara əməl edilməsi öhdəliyini götürməlidir.

Hamı üçün maraqlı olan suala hələ də qüvvədədir - xüsusi karantin rejimi nə vaxt bitəcək? Amma bu suala əsas cavab da hələ də qüvvədədir - biz post-karantin dövrünə hazırıqmı?

Artıq biz post-karantin dövrünə yaxınlaşırıq. Amma bu bizim yenidən pandemiyadan əvvəl olan həyat tərzimizə geri dönməli olduğumuz demək deyil. Çünki hələ də pandemiya dövrü davam edir. Xüsusi karantin rejimi bitməsi koronaviruslar mübarizədə qələbə demək deyil. Biz ölkəmizdə döyüşü qazana bilərik amma dünya miqyasında bu virusla müharibə hələ də davam edir. Bu da o deməkdir ki, biz hələ bir müddət daha qazandığımız həyat vərdişlərinə əməl etməliyik. Bu müsbət vərdişlər və gigiyena qaydalarına ciddi əməl etmək prosesi davamlı olmalıdır”.

Deputat Şahin Seyidzadə bildirib ki, qanuni və tövsiyə edilən qaydalara riayət edilməsində "tarazlaşma" prinsipi olacaqdır: “Xüsusi karantin rejimi dövründə qanuni əsaslarla olan və tövsiyə xarakterli qaydalar mövcuddur. Nə qədər qanuni qaydalar liberallaşmağa doğru getsə, bir o qədər tövsiyə edilən qaydalara məsuliyyətlə yanaşma və əməl edilməsinin öhdəliyi artır. Sözgedən qanuni və tövsiyə edilən qaydalar arasında və əməl edilməsində "tarazlaşma" prinsipinin qorunması təmin edilməlidir. Qaydalar liberallaşacaq və vətəndaşların məsuliyyəti daha da artacaqdır bu da özümüzü virusdan qorumağa əsas səbəb yaradır.

Nəzarətin azalması narahatlığın azalması ilə bağlı deyil. Koronavirusa yoluxma ilə bağlı son statistikalar ürəkaçan deyil və bu vəziyyət bizi narahat olmağa vadar edir. Nəzarət də, virusa qarşı narahatlıq da davamlı olmalıdır. Hazırda növbəti “yumşalma” mərhələsi davam etsə də, ciddi qaydalar və tələblər var. Tələblərə etirazlar da istər-istəməz mövcuddur. Amma bunu da bilməliyik ki, təhlükəsizliyimiz üçün tövsiyə edilən bu tələblərə əməl etmək vacibdir. Buna əməl etməyən və etiraz edənlər isə əlbəttə ki, bu qaydalara heç məhəl qoymaq istəməyən şəxslərdir.

Müsbət halla yanaşı mənfi halları də bölüşməliyik. Yalnz müsbət olan halları göstərməklə yanaşı bu gün xəstəliyə yoluxmuş şəxslərin “hekayəsini” təqdim edərək, hər kəsə göstərərək ictimai maarifləndirmə etməliyik. Yəni ehtiyatsızlıq ucbatından koronavirusa yoluxmuş şəxslərin tövsiyələrini xalqa çatdırmalıyıq. Onlar bir növ öz “təcrübələrini” bölüşərək bu halın daha da geniş yayılmasının və vətəndaşların vəziyyəti ciddi, məsuliyyətli qəbul etməsini təmin etməsinə kömək olacaqdır”.

Ramid İbrahimov

Paylaş »
››› Gözünü itirən qazimiz həkimin davranışından şikayət edir- Video
››› Şuşadan gedən ermənilər şikayətlənir: “On gündən bir yardım...”
››› Əsl qəhrəman olduğunu ölüm kağızından öyrəndi: "Qovuşduq nə çətin, ayrıldıq nə asan..."
››› Nazirlikdən Xankəndi ilə bağlı vacib açıqlama
››› Rəsmi açıqlama: Bu evi SOCAR sökməyib
Son xəbərlər
Bütün xəbərlər »