Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ağlımızdan keçən hər şey bədənimizdə görünür - Əgər acmısınızsa...

İnsan ağlından keçən hər bir şey onun fiziki bədənində öz əksini tapır. Psixoloqlar belə deyirlər.Hətta başqalarına bəslənən kin, nifrət belə insanın öz bədəninə pis təsir edir. İndi ilahi kitablarda “yaxşılıq edin, dua edin, ruhunuzu təmiz saxlayın və s.” kimi öyüd nəsihətin əslində yaradana deyil insanın özünə lazım olduğunu anladınızmı?

Şüur və Bədən

Şüur və bədən arasında təbii bir əlaqə var. Ruhumuzu narahat edən hər bir hiss fiziki bədəndə hanısa bir xəstəlik şəklində özünü göstərir.Məsələn qorxu və həyəcan yüksək qan təzyiqinə, stress xərçəng şişlərinin yaranmasna səbəb ola bilər.

İştah

Bizim iştahımız özümüzə olan münasibətimizdən asılıdır.Emosional aclıq və ya doyumsuzluq fiziki bədəndə aclığa səbəb ola bilir.İnsan yetərli qədər sevgi, qayğı, sevinclə əhatə olunmayıbsa, beyin bunu yeməkdən alınana zövqlə əvəz etməyə təqlin edir və mədə aclığı şəklində özünü biruzə verir.Dietə başlamazdan öncə daxili aclığınız və onu doyurmaq yolları barədə də düşünməniz lazımdır.Doyumsuz dərəcədə iştahlı olmaq o deməkdir ki, insanın öz daxili suallarına cavab vermək həvəsi yoxdur. İlk növbədə ruhu qidalandırmanız lazımdır. Məsələn nəyəsə çox sevinəndə və ya aşiq olanda yemək yada düşmür.Emosional cəhətdən təmin olsanız iştah da normala düşəcək.

Bulimiya

Bulimiya (yediyini qusmaq xəstəliyi) insanın öz şəxsiyyətinə antipatiyasından irəli gəlir. Anoreksiya və piylənmə də əslində eyni səbəbdən qaynaqlanır. İnsan özünü o dərəcədə sevmir ki, sağlığını deyil, sağlam olmayan qidalanmanı seçir.Bulimiya, anereksiya və piylənmə xəstələrinin əksər hallarda depressiyadan əziyyət çəkdiyi görülmüşdür.

Hipoqlikemiya

Qanda şəkərin aşağı səviyyədə olması o deməkdir ki, biz başqalarına həddən artıq dəyər verib, özümüzə heç nə saxlamırıq.Hipoqlikemiya bədənin “özünü sevməyə başla!” siqnalıdır. Fiziki cəhətdən həddən artıq yüklənmiş, gərginlik içində olan insanlar bu xəstəlikdən əziyyət çəkirlər.

Depressiya

Dərin daxili kədər başqa bir həyata, həmdə real olmayan ideal bir həyata, arzularına can atmaq bu xəstəliyin yaranma səbəbidir.Bu hal kimyəvi və hormonal disbalansla müşaiyət olunur. Səbəbləri emosional problemlərdə, eləcə də uşaqkən keçirilən dərin travmalarda axtarmaq lazımdır.Depressiya şüurla bədən arasındakı qarşılqıqlı münasibətləri aydın şəkildə təzahür etdirir.Əgər şüur yolurulubsa bədən sağamlığını və həyat qabiliyyətlərini itirir.Bu vəziyyətdə dərin rahatlanma və gerçəkliklə əlaqələrin bərpa edilməsi vacibdir.

Mədə

Mədə həm yeməkləri həm də gerçəklikləri, hadsə və emosiyaları da həzm edir. Əgər gerçəklik həzm edilməyəcək qədər ağırdırsa, ürəkbulandırıcıdırsa o həqiqətən qida həzmində problem yarada bilər.Mədə qida, sevgi və ana ilə bir başa əlaqəsi olan orqandır.Mədədəd bitməz bilməyən aclıq ana sevgisinin əskik olması emosional aclığın işarəsidir.Həyat gözləntilərimizi doğrultmayanda və biz buna mənfi reaksiya göstərəndə mədədə turşuluq artır ki, bu da aclıq kimi özünü göstərir. Həzm prosesinin pozulması, əsəbilik də eyni hallardan qaynaqlanır.

İndi isə hamını maraqlandıran artıq çəki alma barədə

Piylənmə çox zaman uğurun yolunda verilən qurban kimi dəyərləndirilir.İndi hər şey o qədər yaxşıdır ki, sən istədiyini yeyə bilərsən. Yemək emosional həzz almaq üçün ən rahat vasitədir.Çünki qida şüuraltında sevgi və ana anlayışlarını da özündə birləşdirir.Əgər qida emosional boşluğu doldurmaq və ya emosional təcridə kompensasiya kimi istifadə olunarsa piylənmə başlayır.Piyləri isə orqanizm daxili “mən” və xarici aləm arasında divar kimi hörür. Piylənmə çox zaman dərin emosional ağrı, itkidən sonra başlayır. Orqanizm boşluq və itkisinin acısını dəf etmək üçün özünü müdafiə qalxanını çəkir- yəni piylənir.

Artıq çəkidən əziyyət çəkirsinizsə mütləq sərt mental dəyərlərə və stereotiplərə yapışıb qalmısnız.Hərçənd bu prinsiplər sizə də həyatınıza da dərin acılar verir.Uşaqlarda piylənmə onların həqiqəti düzgün qavramaması, valideynlərinin ayrılığı və ya onlardan birinin ölümündən sonra baş verir.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »