Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
DİM: Buraxılış imtahanında iştirak edəcək şagirdlərin koronavirus testindən keçirilməsi nəzərdə tutulmur

"Buraxılış imtahanından əvvəl şagirdlərin koronavirus testindən keçməsi məsələsi gündəmdə deyil".

Bu barədə APA-ya Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə bildirib.

Onun sözlərinə görə, şagirdlər imtahana buraxılan zaman onların sadəcə temperaturu yoxlanılacaq: "Temperaturu olsa belə, həmin şagirdin imtahana buraxılıb-buraxılmaması məsələsini imtahan binalarındakı təcili tibbi yardımın əməkdaşları yoxlayacaqlar. Sağlamlıq haqqında bəyənnaməyə təkcə koronavirus daxildir. Amma bizim ümumi qaydamız budur ki, şagirddə hər hansı infeksion xəstəlik (suçiçəyi, qızılca və s.) varsa, imtahana gəlməməlidir”.

X.Xanlarzadə qeyd edib ki, üzrlü səbəbdən buraxılış imtahanında iştirak edə bilməyən şagirdlərin yekun attestasiyası sentyabrda aparılacaq: “Burada tək koronavirusdan yox, ümumilikdə hər hansı üzrlü səbəbdən iştirak edə bilməməkdən söhbət gedir. Ötən illərdə qəbul imtahanları iki dəfə keçirildi. Bu il isə koronavirus səbəbindən ali məktəblərə və orta ixtisas müəssisələrinə qəbul imtahanı bir dəfə keçiriləcəyi üçün həmin şagirdlər imtahan vermək hüququnu itirirlər”.

Paylaş »
››› Erməni siyasətçi: “Azərbaycana 50 milyard dolların əvəzinə Zəngəzur veriləcək”
››› Azərbaycana qarşı siyasi qərar: Mxitaryana göz yuman UEFA "Qarabağ"ı cəzalandırdı
››› Ermənistan parlamentində dava düşüb - Video
››› Şuşada 2 min erməni əsgərin cəsədi... - Video
››› “Associated Press”in Ağdamdan reportajı: “Sanki 12 bal gücündə zəlzələ baş verib”
Son xəbərlər
Bütün xəbərlər »