Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ali məktəblərdə imtahansız təhsil almaq istəyən kollec məzunlarının sənəd qəbulu başladı

Ali təhsil müəssisələrinə imtahansız qəbul olmaq istəyən subbakalavrlar üçün elektron ərizələrin qəbulu 2020-ci il iyunun 1-dən başlayıb və iyunun 15-dək davam edəcək.

Bizimyol.info-nun məlumatına görə, ərizə qəbulu ödənişsizdir.Elektron ərizələri təqdim etmək üçün məzunlar təhsil aldıqları kollecdən orta bal haqqında arayış almalıdırlar.

Keçən il orta bal arayışları alan şəxslərin bu il yenidən arayış almasına ehtiyac yoxdur, 1-15 iyun tarixlərində elektron ərizəyə daxil olub ərizəni təsdiq etməlidirlər.

1-ci dəfə subbakalavr kimi ərizə qəbulunda iştirak edənlər nə etməlidir?

Birinci növbədə məzun olduğunuz kollecə yaxınlaşaraq orta bal arayışı almalısız, hər ehtimala özününzlə diplom, diplom içliyi, şəxsiyyət vəsiqəsi və attestatı götürün. Daha sonra Dim.gov.az saytına daxil olub şəxsi kabinet açırsız, sonra isə subbakalavrın elektron ərizəsi bölməsindən (1-15 iyun tarixlərində aktiv olacaq) ərizənizi təsdiq edirsiz.

Diplomunda subbakalavr söz olan şəxslər və bu il kolleci bitirənlər ərizə verə bilərlər.

Ərizə vermək üçün subbakalavrlar Dövlət İmtahan Mərkəzinin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in internet səhifəsinə daxil olub, “Subbakalavrın elektron ərizəsi” formasını təsdiq edirsiniz.

Subbakalavr kimi istənilən ixtisası seçmək məsələsinə gəlincə qeyd etmək lazımdır ki, hər kəs hələ ki, yalnız öz ixtisası ürə qəbul olmaq hüququna malikdir.

Özəl və ya dövlət kollecinin məzunu olmanızdan asılı olmayaraq, subbakalavr kimi istər dövlət, istər sə də özəl universitetdən ödənişli, ödənişsiz, varsa qiyabi, əyani ixtisaslardan ixtisasınıza uyğun olan hər birini seçə bilərsiniz.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »