Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputat regionlarda sosial evlərin tikilməsini təklif etdi

Milli Məclisin deputatı Aydın Mirzəzadə regionlarda da sosial mənzillərin tikilməsini təklif edib. O qeyd edib ki, ölkədə bu günə kimi cəmi iki sosial ev yaşayış massivi tikilib.

Tədricən onların həm sayı artacaq, həm də satılma şərtləri də dəyişəcək. Aydın Mirzəzadənin bu təklifi sosial şəbəkələrdə insanların böyük məmnuniyyəti ilə qarşılanıb. Belə ki, rayonlarda bina evləri daha ucuz başa gələr və nəticə olaraq ev almaq istəyənlərin problemləri daha keyfiyyətli və daha sərfəli qiymətə həll olunmuş olar

Aydın Mirzəzadə Aydın Mirzəzadə

Məlum məslədir ki, bölgələrdə evlərin tikintisi qədər iş yerlərinin açılması da vacib şərtdir. İş yeri olan insanların ev alması da böyük problemə çevrilməz.

Bu fikrə münasibət bildirən millət vəkili qeyd edib ki, iş yerlərinin açılması məsələsi gündəmdədir.

“Hər təklifimizdə, hər çıxışımızda vətəndaşlarımız üçün iş yerlərinin açılması gündəmdədir. Hər günün xəbərlərində də ayrı-ayrı bölgələrdə iş yerlərinin açılması xəbəri verilir”,- deyə o bildirib.

İlhamə Rəsulova
Son xəbərlər
Bütün xəbərlər »