Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gürcüstanda ictimai yerlərdə tibbi maska taxmayanlar cərimələnəcək

Gürcüstanda ictimai yerlərdə tibbi maska taxmayan və digər təhlükəsizlik qaydalarına riayət etməyən vətəndaşlar cərimələnəcək.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkə parlamentinin sədri Arçil Talakvadze bildirib.

O, bununla bağlı qanunverici orqanın səhiyyə və hüquqi məsələlər üzrə komitələrinə tez bir zamanda qanunvericiliyə düzəlişlər layihəsini hazırlamağı tapşırıb.

Spikerin sözlərinə görə, cərimələrin məbləği məqbul səviyyədə müəyyən edilməlidir: “Cərimələrin qabaqlayıcı təsiri olmalı və vətəndaşlar üçün əlavə sosial problem yaratmamalıdır”.

Son xəbərlər
Bütün xəbərlər »