Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
2500 manat maaşla çoban axtarırlar, tapa bilmirlər

Türkiyənin Siirt vilayətində heyvandarlıqla məşğul olan ailələr sürülərini otaracaq çoban tapmamaqdan şikayətçidirlər. İşin çətin olduğunu söyləyən gənclər ayda 2500 manata belə (10 min TL) çobanlıq etmək istəmirlər.

“Çətin bir sənət olduğu üçün heç kim çobanlıq etmək istəmir. 6 ay sürüləri yaylaqda otarmaq, pendir, süd hazırlamaq lazımdır. Təxminən min baş qoyunum var. Amma çoban tapa bilmirəm”,- deyə sürü sahibi Hakim Gəzən bildirib.

O qeyd edib ki, bu günə qədər 10 min TL-yə çoban tutsalar da, heç kim bir aydan artıq davam gətirməyib. O qeyd edib ki, əlində hansısa bir sənəti olsaydı o da çobanlıq etmək istəməzdi. Hətta daha artıq maaş verilsə belə. Hakim Gəzən qeyd edib ki, Siirtdəki bütün fermerlər sürülərini otarmaq üçün çoban axtarışında olsalar da bu işi görmək istəyən yoxdur.İndi Siirt bələdiyyəsi sərhədlərin açılıb, əmək miqrantlarının ölkəyə gəlməsini gözləyir.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »