Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lukaşenko: "Belarusda "Maydan" olmayacaq"

“Bizi eşidən hər kəsi, bütün “maydançı”ları xəbərdar etmək istəyirəm ki, Belarusda “Maydan” olmayacaq”.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Dövlət Təhlükəsizlik Komitəsinin sədri Valeri Vakulçik ilə görüşündə deyib.

“Dövlət təhlükəsizliyi təməldir. Dövlət Təhlükəsizlik Komitəsi də Prezidentlə birlikdə dövlətimizin müstəqilliyinin və suverenliyinin qorunmasında aparıcı rol oynayır. Burada əsən küləklərin hansı məqsədləri izlədiyini bilirik. Bu hədəflər bizə aydındır: prezident seçkiləri ərəfəsində və ya seçki günü "Maydan" təşkil etmək. Onlar bunu planlaşdırıblar. Bu iclasda sizi, bizi eşidən hər kəsi, bütün “maydançı”ları xəbərdar etmək istəyirəm ki, Belarusda “Maydan” olmayacaq”, - deyə A. Lukaşenko vurğulayıb.

Qeyd edək ki, Belarusda prezident seçkiləri avqustun 9-na təyin edilib. Ölkənin Daxili İşlər nazirinin birinci müavini Gennadi Kazakeviç seçki ərəfəsində və siyasi kampaniya dövründə Belarusda vəziyyətin gərgin olduğunu, lakin nazirliyin təhlükəsizliyi təmin etmək üçün lazımi qüvvə və vasitələrə sahib olduğunu deyib.

Son xəbərlər
Bütün xəbərlər »