Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Andrey Koşkin: “KTMT Azərbaycanın istəklərini dəstəkləyəcək və təsdiq edəcək”

Rusiya Strategiyaların və Texnologiyaların Təhlili Mərkəzi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) Rusiyanın müttəfiqlərinin - Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistanın hərbi, iqtisadi, demoqrafik və təbii potensialını təhlil edən yeni “Müttəfiqlər” (Soyuzniki) kitabının nəşr olunduğunu elan edib. Xəbərlərdə KTMT üzv ölkələrinin “faydalılığı” cədvəli təqdim olunub. Məsələn, Ermənistana münasibətdə faydalılıq dərəcəsinin təsvirində aşağıdakı amillər qeyd edilib: diaspora, coğrafi yerləşmə, Qafqazda təsir aləti, loyallıq səviyyəsi sabit yüksəkdir, müttəfiq kimi inteqrasiya əhəmiyyəti çoxdur. Bu, tərtibçilərin fikrincə, digər KTMT ölkələri arasında ən yaxşı göstəricidir.

Sonrakı yerdə Belarus, daha sonra öz təbii sərvətləri ilə Qazaxıstan gəlir, lakin müttəfiq loyallığı səviyyəsi azalmaqdadır. Sonrakı yerlərdə Qırğızıstan (əmək ehtiyatları, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə) və nəhayət, Tacikistan (su, əmək ehtiyatları və narkotik ticarəti ilə mübarizə) qərarlaşıblar.

Rusiya İqtisad Universitetinin Siyasi elmlər və sosiologiya kafedrasının müdiri, siyasi elmlər doktoru, Rusiya Hərbi Siyasi Elmlər Birliyinin eksperti, professor Andrey Koşkin Media.Az-a mövzunu şərh edib.

- Sizcə, bu sıralama həqiqətə nə dərəcədə uyğundur?

- Əvvəlcə mənbəyə baxaq. Özlərini bu mövzu üzrə araşdırma mərkəzi adlandırırlar. Bəli, onların fikrinin mövcud olmaq hüququ var. Ancaq başa düşmək lazımdır ki, bu, heç bir məsuliyyət daşımayan təşkilatdır, rəsmi dövlət quruluşu deyil. Yəni bu, bir nəzər nöqtəsidir.

Digər bir məqam: əvvəllər bu cür reytinqlər tərtib edilmirdi. Təsadüfi deyil ki, siz və digər təcrübəli jurnalistlər, xüsusən bu tablonu müzakirəyə çıxaran Vladimir Solovyov da buna diqqət yetirib. Təsirlənmiş və bəzi kəskinləşməyə səbəb olan müəyyən həssas məqamlar var. Bunun innovasiyaya doğru addım adlandırılıb-anlandırılmayacağını bilmirəm, amma bu, yenə də təkrar edirəm, nəzər nöqtəsidir. Bu, rəsmi deyil. Mövzu KTMT Xarici İşlər nazirlərinin bu yaxınlarda videokonfrans rejimində keçirilmiş sammitində müzakirə olunmayıb.

- KTMT mövzusu Azərbaycan üçün maraqlıdır və vaxtaşırı Bakının tam hüquqlu üzv olmasa da, müşahidəçi kimi bu hərbi alyansa qoşulma ehtimalı ilə bağlı müzakirələr meydana gəlir…

- ...Xatırladığım qədərilə, Azərbaycan KTMT üzvü olub (1999-cu ildə Bakı təşkilatı tərk edib - red.). Bu, düzgün idi, çünki təşkilatda Rusiya, Ermənistan və Azərbaycan vardı. Bu üç ölkə problemli məsələlərin həlli yollarını axtara bilər (Dağlıq Qarabağ ətrafında - red.). Azərbaycanın KTMT-də iştirakı ilə bağlı danışıqların Azərbaycanda da müzakirə olunmasını müsbət qiymətləndirirəm. Bakının təşkilata qoşulması bütün Avrasiya dövlətlərinin xeyrinə olacaq, onlar birlikdə bu birliyi gücləndirə bilərlər.

Ekstremist qruplara müqavimət göstərmək, bioloji laboratoriyaları hərbi ehtiyaclara istiqamətləndirmək və s. vacibdir. Mən Azərbaycanı qoşulmağa (KTMT-yə - red.), fəal iştiraka və bütün aktual məsələləri birgə həll etməyə çağırıram.

- Ancaq bir vacib nüans var ki, Ermənistanda bu barədə danışmağa ara vermirlər. Yerevan Azərbaycanın KTMT-dəki istənilən statusuna qarşıdır.

- Məncə, bu, həll oluna bilər. Əsas Azərbaycanın istəyidir. Gərginlik aradan qaldırılacaq, təmas nöqtələri tapılacaq.

- Azərbaycan, Ermənistan istisna olmaqla, KTMT-nin bütün üzv ölkələri ilə yüksək səviyyədə münasibətlərə malikdir, bu da Yerevanın hər zaman Bakıya qarşı olacağından xəbər verir. KTMT Baş katibinin, Belarus nümayəndəsi general Stanislav Zasın təyin olunması tarixini xatırlamaq olar. Ermənistan namizədliyi qəbul etməyərək, onun təyinatını prinsipial olaraq uzadıb.

- Qarşılıqlı hərəkətlərin olması üçün çalışmaq lazımdır.

- Bəs bunu necə etmək olar?

- Güzəştə getmək lazımdır. İndi heç bir dövləti günahkar adlandırmaq istəmirəm. Mən sabit dünyaya aparan bütün hərəkətlərin tərəfdarıyam.

- Yaxşı, bəs KTMT-yə üzv olan digər dövlətlər Azərbaycanın quruma daxil olmaq istəyini (hansı ki, rəsmi elan olunmayıb) dəstəkləyəcəklər?

- Həm dəstəkləyəcək, həm də təsdiq edəcəklər. KTMT üzvü olan hər dövlətin həm hüquqları, həm də vəzifələri var. Öz vəzifələrini vicdanla yerinə yetirmək birliyin güclənməsinin rəhnidir.

Paylaş »
››› Kaledoniya müstəqilliyini elan etdi: Fransanın əməlləri öz başında çatlayır
››› "Azərbaycan əsgərləri qayıdanda vəziyyətin başqa cür olacağını deyiblər" - Erməni mətbuatı
››› 18 yaşlı qazimiz: Bağırsaqlarımı əlimlə yığıb beli üstə öz əsgərlərimizə tərəf süründüm
››› "Türk qoşunları Azərbaycana dəvət olunmalıdır: Rusa güvənmək olmaz"
››› Vətən mahnısı ilə tanınan şəhid Xudayar Yusifzadə: “Şəhid olmağa gedirəm” - Video
Son xəbərlər
Bütün xəbərlər »