Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Azərbaycanda uşaqların ən böyük problemi onların “uşaq pulu”ndan məhrum edilməsidir”

Bu gün 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Bayramın 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınıb. Həmin gün təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.

“Azərbaycanda uşaqların problemi doğumdan başlayır. Ölkəmizdə uşağın doğulması üçün xəstəxanalarda 600-2000 manat və bəzi hallarda daha yüksək məbləğ tələb olunur”.

Bu barədə bizimyol.info-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyev bildirib.

Əpoş Vəliyev

Ə.Vəliyev deyib ki, bağçalara qəbul hələ də elektron olmadığı üçün uşağın bağçaya qoyulması üçün dövlət bağçalarında 400-600 manat vəsait tələb olunur: “Dövlət bağçalarında qeyri-rəsmi olaraq aylıq ödəniş 20-60, özəl bağçalarda isə 1000-1500 manat tələb olunur. Məktəblərə qəbul son illərdə şəffaflaşdırılmağa doğru getsə də, hələ də bəzi məktəblərdə müxtəlif bəhanələrlə uşaqlardan pul yığılmaqda davam edilir. Uşaqların valideynləri tərəfindən təhsildən uzaqlaşdırılması, qız uşaqlarının yetkinlik yaşına çatmadan ərə verilməsi kimi hallar hələ də yaşanmaqdadır”.

Ə.Vəliyevin sözlərinə görə, Azərbaycanda uşaqların ən böyük problemi onların uzun illər öncə “uşaq pulu”ndan məhrum edilməsidir: “Hazırda yeni doğulan uşağa görə birdəfəlik müavinət 200 manatdır. Bu heç doğum xərcinin üçdən birini qarşılamır. Əlil uşaqlara 150 manat müavinət verilir. Çoxuşaqlı ailələr üçün isə yalnız 5-ci uşaqdan sonra müavinət verilir. Bu gün uşaq pulu verilmədiyi üçün maddi vəziyyəti yaxşı olmayan ailələrdə ana düzgün qidalana bilmir və buna görə də uşaq ana südü ilə təmin olunmur. Bu zaman uşaq qidaları alınmalıdır ki, ölkəmizdə bu qidalar da çox bahadır. Uşaqların normal inkişafı, sağlam qidalanaraq böyüməsi üçün uşaq pulunun bərpasına ehtiyac var. Sosial vəziyyəti ağır olan ailələrə belə bir yardımın verilməsi təbii ki, böyük dəstək olacaq. Çünki uşaqların aylıq xərcləri kifayət qədər yüksəkdir. Bir çox hesablamalar onu göstərir ki, hətta uşağa yaşlı insandan daha çox xərc tələb olunur. Çünki onun saxlanma şəraiti, xüsusilə yeməkləri, tibbi xərcləri ilə bağlı bir çox xərclərin olması ailələrə böyük maddi yük olur. Azərbaycanda uşaqlara qayğıdan danışmaq üçün öncə uşaq pulu bərpa edilməlidir. O zamana kimi uşaqlara qayğıdan danışmağa haqqımız yoxdur”.

Ə.Vəliyev deyib ki, ölkəmizdə uşaqların sosial və hüquqi müdafiəsi ilə bağlı məsələlər Konstitusiya, qanunverici və normativ-hüquqi aktlarla tənzimlənir: “Bu sahədə əsas normativ sənəd 1998-ci il mayın 19-da qəbul edilmiş “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunudur”.

Ramid İbrahimov

Paylaş »
››› Gözünü itirən qazimiz həkimin davranışından şikayət edir- Video
››› Şuşadan gedən ermənilər şikayətlənir: “On gündən bir yardım...”
››› Əsl qəhrəman olduğunu ölüm kağızından öyrəndi: "Qovuşduq nə çətin, ayrıldıq nə asan..."
››› Nazirlikdən Xankəndi ilə bağlı vacib açıqlama
››› Rəsmi açıqlama: Bu evi SOCAR sökməyib
Son xəbərlər
Bütün xəbərlər »