Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dövlət Sığorta Kommersiya Şirkətində koronavirus tüğyan etsə də əməkdaşları işə çıxmağa məcbur edirlər

Dövlət Sığorta Kommersiya Şirkətindən redaksiyamıza şikayət daxil olub. Adının çəkilməsini istəməyən əməkdaş bildirib ki, şirkət işçiləri arasında koronavirusa yoluxma faktları qeydə alınsa da, rəhbərlik işçilərin ofisdə işləməsini tələb edir.

Mənbədən Bizimyol.info-ya verilən məlumata görə, şirkətin bir neçə əməkdaşı, o cümlədən sədr müavini Aftandil Hacıyev və onun ailə üzvləri yoluxma səbəbi ilə karantinə alınıblar.

Aftandil Hacıyevin xəstəliyi daha ağır formada keçirdiyi bildirilib. Koronavirusun hər gün ölkədə yüzlərlə vətəndaşa yoluxması faktına baxmayaraq, şirkət bu günlərdə əməkdaşları toplayaraq müzakirə aparıb və işçilərin heç birində maska olmayıb. Sabah şirkətin digər əməkdaşlarının yoluxub- yoluxmamasının test edilməsi məqsədi ilə yoxlama və test aparılacağı bildirilsə də, yenidən bir yerdə toplaşmaq fikri əməkdaşları narahat edir.

Verilən məlumatda həmçinin bildirilib ki, şirkətdə virusun yayılması ilə əlaqədar binada müəyyən dezinfeksiya tədbirləri görülüb.

Məsələ ilə əlaqədar şirkətə zəng etsək də, hətta qaynar xətddən belə telefonlarımıza cavab verən olmadı.

Paylaş »
››› Kaledoniya müstəqilliyini elan etdi: Fransanın əməlləri öz başında çatlayır
››› "Azərbaycan əsgərləri qayıdanda vəziyyətin başqa cür olacağını deyiblər" - Erməni mətbuatı
››› 18 yaşlı qazimiz: Bağırsaqlarımı əlimlə yığıb beli üstə öz əsgərlərimizə tərəf süründüm
››› "Türk qoşunları Azərbaycana dəvət olunmalıdır: Rusa güvənmək olmaz"
››› Vətən mahnısı ilə tanınan şəhid Xudayar Yusifzadə: “Şəhid olmağa gedirəm” - Video
Son xəbərlər
Bütün xəbərlər »